İfrat - Qadınlar 2017 Yeni Mp3 + Video



Yüklə | Скачать | Download
Ölçü: 5.09 Mb, Yüklənib: 72394
Baxış: 116 943
Musiqinin Sözləri
QADINLAR
Bitdi mənimçün,
Olmadım üzgün,
Qürurum əl vermədi ayrıldığımız gün.

Tutum qolundan,
Çəkim yolundan,
Mən günahkaram deyim üzr istəyim ondan.

Ayrılıq sevindi,
Peşmanam əmindi,
Həmin qürurum köməy etmir mənə indi.

Verdiyim nəfəs qoşulub get küləynən,
Yarıma çatdır bacarmıram bu ürəynən.
Yanında görsən var adamlar mən ağılda,
Asta səslə onun qulaqlarına pıçılda.

Qadınlar nə vaxt tənha qalırlar,
Qisasın saçlarından alırlar.
Ən ağır zərbə kişilər üçündü,
Ayrılan zaman şair olurlar.

Qismətivə kaş,
Düşərdi bir daş,
Onu seçəndə geri qalan həyatıva yoldaş.

Eyləmə inkar,
Anlamadın yar,
Bir evdə illərcə qonşu tək yaşamaq var.

Yediyin çörəy zəhər,
Suyun ondan da betər,
Keçməz boğazından yada düşdükcə bir nəfər.

Sanki istəməz səni heç kim başa düşməy,
Xəyanət sayılar sevdiyinlə görüşməy.
Üzülmə göz yaşını tökür çox qadınlar,
Sənin bu çəkdiyivi çəkir çox qadınlar.

Qadınlar nə vaxt tənha qalırlar,
Qisasın xəyanətlə alırlar.
Ən ağır zərbə kişilər üçündü,
Ayrılan zaman şair olurlar.