Xumar Qədimova - Əziz Dostum 2017 Yeni Mp3
Musiqinin Sözləri
Əziz dostum məndən küsüb, incidi,Ayrılıb yad kimi çıxdı evimdən.
Gəldiyi yolları ot basıb indi
O gedib qalmışam həsrətində mən.
Necə nəğmə qoşum, necə dillənim
Dost gedib özümə gələ bilmirəm.
Elə bil əllərim yox olub mənim,
Gözümün yaşını silə bilmirəm.
Çaldığım o sazı gətirin mənə,
Görün ki, çalmaqda necə mahirəm.
Əlim dəyən kimi bircə telinə
Simlər haray çəkib qırılır o dəm.
Necə nəğmə qoşum necə dillənim,
Dost gedib özümə gələ bilmirəm.
Elə bil əllərim yox olub mənim,
Gözümün yaşını silə bilmirəm...