İfrat - Qəlbin Səsi 2017 Mp3 + Video + Lyrics




Söz/Mus: İfrat Dünyamalıyev
Aranjiman: Nazim Məmmədli
Gitara: Şahin Əlizadə
Video Montaj: Elgun Alizadeh
Yayım: Janr Music ©





Ölçü: 6,43 Mb, Yüklənib: 40348
Baxış: 78 411
Musiqinin Sözləri
Bənd
Yenə payızın ətri duyulur havada,
Keçmişim göz önünə gəlir arada.
Dualar eləyirəm ki, Allahım,
Bizi ikinci dəfə yenidən yarada.

Bəlkə, onda bəxtimiz bir olacaq,
Yolumuz tək ölümlə ayrılacaq.
Bilirəm bunlar da boş xəyaldır,
Mənə elə peşmançılığım qalacaq.

Nəqarət
Gözlər dolar, boşalınca ürək,
Vardır elə şeylər, olmur demək.
Bəzən, böyüklərin səsin deyil,
Qəlbin səsin də, dinləmək gərək!

Bənd
İpimi verdiyim üçün əzizlərimə,
Təkliyi kəsdi mənə həyat cərimə.
O mənə gün ağlayanların indi,
Heç biri ağlamır mənim yerimə.

Bəlkə mən etdim günahın çoxusun,
O istəyirdi sevgisin qorusun.
Gör neçə vaxtdır qurumur gözümüz,
Get, dediyim yerdə dilim qurusun!

Nəqarət
Gözlər dolar boşalınca ürək,
Vardır elə şeylər olmur demək.
Bəzən böyüklərin səsin deyil,
Qəlbin səsin də dinləmək gərək!


Ən Yeni Fit Musiqilər