Puzzle - Hərşeydən Biraz 2017 Yeni Mp3 + Klip + Lyrics




Rejissor & operator: İsmael Jafarov
Montaj: Tural Bağırzadə
Mixing & mastering: Aqşin Əlizadə
Cover: Ülvin Təvəkküllü

Puzzle - Hərşeydən Biraz 2017



Baxış: 3 425
Musiqinin Sözləri
Verse 1.
Söz hecaya döndüsə, iti bizdi.
Nə qədər istəsəz gəlin, biz ikimiz bir
Əlimdə mikrafon deyil, sizin ipinizdi.
Bizim yemədiyimiz MC`sini itimiz yiyir.
Beat`ə deyin beat`məsin, beat`ərəm yoxsa.
Puzzle, sus artıq, mən bilirəm, yoxsan.
Əlim rulda, verse`də gedirəm 90.
Özümə hər dəfə mən deyirəm: "Yox say"
Amma ki, alınmır, öyrəşmişəm.
Özümə hər saniyə mən söz öyrətmişəm.
Puzzle ritm tanrısıdı, blət, göydən düşən.
Hələ ki, içimdəki ritmdən görməmişəm.
Özün edə biləcəyindən qorxursansa,
deməli özünü sözlə sən tox tutansan.
"Bilmirəm" yaxşdı, "yoxdu"dansa.
Sən bu fikrə gəlməyimi də yoxluqdan say.
Metroda pəncərə mənzərəsizdi.
Özümə seçmişəm həyatın ən zərərsizini.
İnsan ölənəcən təkcə gərəksizdi.
Burda yerlər şeytan, göylər mələksizdi.
Hər dəfə tək qalıb, tək başlamaqdansa;
səndən yaxşısını daşlamaqdansa.
Dəmirdən çətir tut daş yağarsa.
Həqiqət axtarıb, sonda xaş-xaş taparsan.
Çəkərsən, yeyərsən, gözlərin açılar.
Pulunu ver o saat göstərir: "Açığam!"
Bəyənmir, amma ölür özləri acından.
Sözləri demə sən özdə ki, acıqla.
Otaq tüstüdən ağappaqdı.
Bu, insanı qəbirə məcbur - sağ atmaqdı.
Bu günü yaşaya bilməmək sabahdandı.
Nəqarət başlasın, Dazavik susmağa tələsir...

Verse 2.
Salam olsun fərqində olanlara!
Bakıda günlərin hər tində olar qara.
Burda şüuraltını nə qədər qorusan da,
çevirsən astara, tərsində olar yara.
Birdən narahat etsə səni dolanışıq;
dolanışığın boynuna ip dolamışıq.
Gecə olanda üz gülür - Günəşlə üzülüb.
Ləzzət edir gecə otağa dolan işıq.
Artıq dollar İŞİD, bizə deyir: "Eşit!"
Bizlər çəkib, eşib - goru eşib biz iynə ilə.
Təl qalıb illərlə; ganja və pivə ilə.
Onlarsa, hiylə ilə çeşit-çeşit.
Bizlə deyil eşit - Türkün məsəlidi bu.
Doludu hər iki əlim, əldə fəsəli və su.
Fikrimi dağıtma da, səsini kəs Əli və sus!
Yazıb, beat`irəndə görürəm ki, məzəlidi flow.
Puzzle təzələdi yolu, bilir: Son - Ölməkdi.
YOLÇU`nun ağzı açıq, deyir: "Zor örnəkdi"
Məna birləşir flow və beat`in əsl səsilə.
Bu tip mövzu hər olanda Kor ürkəkdi.
Verse`ü bükmüşəm, dürməkdi, götürün və yeyin.
Ürəkdən istəsən alınar, göt! Üzülmə, sevin.
Yeri göy üzünə çevir, otur, tamaşa elə.
Tanış olanda Tanrıyla, gör öz`ümə nə elədi...
Mənim zəhləm gedir uzaqlara.
Müharibə! Təsir etmə uşaqlara.
Əzrayıl oturub, yenə nahar edir.
Boşqabda insanlar var, dayan, qaşıqlama!
Əslində, qarışqalar marağımı dəhşət cəlb edir.
Bizi istək, güc, bir də məişət bərk edir.
Şəhvət həps edib məni bu, balaca bədənimə.
Son günlərimizi sayırıq, buranı tərk edib, gedirik...


Ən Yeni Fit Musiqilər