Murad Arif ft Dilarə Kazımova - Yalnız Səni Gözlədim 2018 Yeni Mp3 + Klip + Lyrics




Söz & musiqi: Murad Arif
Aranjiman: Givi Usenaşvili
Operator: Roman Minayev
Produser: Nigar Məmmədova

Murad Arif ft Dilarə Kazımova - Yalnız Səni Gözlədim 2018



Baxış: 7 518
Musiqinin Sözləri
I bənd:
Qəlbimə köçdün səni ilk duyduğum gündən.
Gözlərimə görünürsən hər baxdığım üzdə...
Mən sevgiyə heç vaxt inanmazdım,
Məni sən inandırdın, sevgilim!

Sən gəldin və dəyişdin özünlə hər şeyi.
Səninlə mən, özüm deyiləm bir başqa biri!
Ömür boyu arzuları bəslədim..
Yalnız səni gözlədim... sevgilim!

NƏQARƏT:
Nə gecələr, nə gündüzlər arzumdan dönmədim...
Nə yağışlar, nə tufanlar məni üşütmədi....
Nə sınaqlar, yalnızlıqlar gözə görünmədi...
Tək səni gözlədim! Yalnız səni gözlədim...

II bənd:
Əllərin əllərimə ilk dəfə toxunanda,
Anladım, o əlləri buraxmam bircə an da!
Anladım, son nəfəsim olsa da,
Tək səninəm dünyada, sevgilim!


Ən Yeni Fit Musiqilər