Elvin Mirzəzadə - Sus 2018 Yeni Mp3 + Video + Lyrics




Söz: Xəzər Süleymanlı
Musiqi: Elvin Mirzəzadə
Aranjman: Rübail Əzimov
Foto & Dizayn: İsmayıl Rzayev





Ölçü: 5,3 Mb, Yüklənib: 7982
Baxış: 16 547
Musiqinin Sözləri
Düzdür, yenə qəlbimdə yerin var, hələ boşdur.
Yalvarmaram ancaq, bu sönən ömrümü coşdur.
Keçdikcə saatlar mənə əqrəb səsi xoşdur.
Səssizliyə məhkumdu bu məhbus, nə olar Sus!

Hər kəlimən edir könlümü məyus, nə olar Sus
Yaddır səsin artıq mənə əfsus, nə olar Sus!

Gözlər də olub kor , səni görmür elə bil ki ,
Getdin, gələcəm söylədin , ey sevgimin ilki .
Olduqca gecikdin, zaman əvvəlki deyil ki?!
Artıq bu ürək özgəyə məxsus , nə olar Sus.

Sevgin qarışıbdır tamaha get , nə olar get!
Qaldıqca batırsan günaha get ,nə olar get!
İndi nə desən gecdir daha , get nə olar get!
Son dəfə baxım gözlərinə Sus nə olar Sus!

Gözlər də olub kor , səni görmür elə bil ki,
Getdin, gələcəm söylədin , ey sevgimin ilki.
Olduqca gecikdin, zaman əvvəlki deyil ki?!
Artıq bu ürək özgəyə məxsus , nə olar Sus.

Hər kəlimən edir könlümü məyus , nə olar Sus
Yaddır səsin artıq mənə əfsus, nə olar Sus!


Ən Yeni Fit Musiqilər