PRoMete ft AiD - 40-cı Qapı 2018 Video + Lyrics




Manufactured by PicMus Production
İtunes Download link



Baxış: 3 746
Musiqinin Sözləri
Verse 1: (AiD)
Mən bəzən düşünürəm ki, biz həyatdan filmə baxırıq,
Yoxsa, filmdən həyata?!
Kainat çox qəribədir.
Nağıllar verir maraq ümidsiz camaata.
Bir neçə saata sökülə bilər ömür boyu tikilən etibar qalası.
Cənnətə yol cızanların bağlanar qapısı.
Bir günlük fərz-fatihə qədər,
Bağlı qapılar mənə dərd verər.
Barmağında arzularını qatla,
Hər kəsin öz seçimi var həyatda.
Qapılar arxasındakı çapıqlar,
Qarşı tərəfin etiraz hissləri...
Yaddaşımda qorxunc fikirlər,
Hər yeni gün keçmişi gizlədir.
Mən bəzən fikrə gedəndə,
Gözlərim yol çəkəndə,
Gecə vaxtı Aya baxanda,
Yuxulu, ya da ki, oyaq qalanda...
Hər beynin öz düşüncəsi,
Hər ürəyin sevinci-kədəri var.
Kim dünyasını dəyişmək istər?!
Hər dünyanın öz dərdi vardır!


Nəqarət: (PRoMete)

Çığırdım, bağırdım...
Qapı bağlıdır, qapı bağlıdır.
Əllərim uzana qaldı,
Qapı bağlıdır, qapı bağlıdır.
40-cı qapı, 40-cı qapı...


Verse 2: (PRoMete)

Bizi nağıllarla böyütdülər ki,
Həyat asan görünsün bizə.
Gücümüz çatanlar Cırtdan oldu,
Bizdən güclülər döndü Divə.
Və bir gün böyüdük baxanda,
Gördük ki, həyat daha da qəddar.
Bizi bağlayıb dörd divarlara,
Bizi bağlayıb dörd divarlı evə...
Gücümü yığaraq bu divarı aşacam,
Axtarıb hardasa mən açarı tapacam.
Önümü kəsən qorxulu divi öldürüb.
Açarla 40-cı qapını mən açacam.
Gücümü yığaraq bu divarı aşacam,
Axtarıb hardasa mən açarı tapacam.
Önümü kəsən qorxulu divi öldürüb.
Açarla 40-cı qapını mən açacam.


Nəqarət: (PRoMete)

Çığırdım, bağırdım...
Qapı bağlıdır, qapı bağlıdır.
Əllərim uzana qaldı,
Qapı bağlıdır, qapı bağlıdır.
40-cı qapı, 40-cı qapı...

Çığırdım, bağırdım...
Qapı bağlıdır, qapı bağlıdır.
Əllərim uzana qaldı,
Qapı bağlıdır, qapı bağlıdır.
40-cı qapı, 40-cı qapı...


Ən Yeni Fit Musiqilər