Puzzle ft PRoMete - Güclülərin mahnısı 3 2018 Video + Lyrics




Mixing & mastering: ZiqZaq
Cover: Təbriz Dünyamalızadə
Sunshine Label/İlk/2018



Baxış: 5 352
Musiqinin Sözləri
İlk'inci hissə: Puzzle
Mənim bir evim var; onu içimdə əllərimlə tikmişəm, daxmadı.
Mənim ümidim var: Yolu keçib sonda bilim, suallar saxtadı.
Mənim kədərim var. Neçə gecə özümü asmamaqçün çalışdım.
Mənim hədəfim var: içimdən gəldiyi kimi edib, rap'imlə yarışım.
(Eyo!)
Hisslərə sərhəd yoxdu, amma dünyada var.
İnsanları bölmüşəm dünyalara.
Kainat olsa dəniz, dünya batar.
O batsa dalarıq röyalara.
Söylə, amma səmimi ol.
Həmin kino - yenə həminki yol.
Ganja var məndə, paxıl deyiləm, əgər istəsən olsun səninki o.
Şəkil və bütünəm!
Həyat yaşıl ganja, mənsə tütünəm.
Hisslərini ütülə və geyin əyninə şah.
Şam İşığında'n bu tərəfə hələ ərimədi şam.
Axını üzə bilər tərsinə, güclü!
İçimdəki musiqi hər simə düşmür.
Hər səhər üçün yeni, pozitiv ruh halı.
Şərt deyil, şəndi; öz'lüyündən çoxalır...
A ye! Sözlə arıyam, soxuram!
A, B - bizdə variant çoxalar.
"Abi, dünya yaşanılmazdı" demə, "yaşım azdı" deyən Vampir!
Bro... qaçıb gizlənmisən, hə?
Bəs, öz'ündən hara qaçıb gizlənəcəksən?
Həyat polisdi, sən gizlənərək çək.
Üçüncü hissədə güc mənə rəhbər.
Etmirəm bu işi mən giclərə, hərçənd, güclülərin mahnısı güclənəcək hələ.
Gec gələrək (sən) tələsmiş oldun.
Yaşamağa meyilli insanlara noldu?
Yarıda qoyma, yola davam hələ!
Yol beat'di, mən verse - sonuna var hələ.
Oyunda var tələ, ehtiyyatlı ol;
Hissə güc verəndə olur sənin ehtiyyatın ноль...

İlk: (x2)
Güc birlikdədisə, o zaman təkliyindən yaran.
Soruş öz'ündən: "Birlik nədi?"
Və qocalıb, təkliyinlə çoxal.
İnan ki, bacara bilərsən - çalışsan.
Həyat axıb gedir, sənsə yarış san.
Yarış, qazan, (amma) ölənə yaxın anla:
"Qazanmaq yaxşıdı, çoxalıransa..."

İkinci hissə: PRoMete
Dedilər mənə "artır illərlə məntiqin gücü", amma məndə artır suallar.
Dedilər mənə "baxışlarınla xatırladırsan ülgücü", mənsə baxaraq axtarıram cavablar.
Nəyə görə burdayıq və kimik biz?
Əgər ölüb gediriksə, nəyə gərək iz?
Sonu eynidirsə bütün hallarda hamının, onda, niyə axı hər kəs çökmür diz?
De, düz nədi, səhv nədi, amma de dəqiq.
Bro, biz beləyik, konteksdən asılı.
Dəyişmir cəmi toplananlar, amma dəyişir hasili sıfır olsa, silir.
Bəzən yumuruq güclüdür, bəzən göz.
Bəzən bizə "döyüş" deyirlər, bəzən "döz".
Soruşan da yoxdur "nədi axı fikrin?"
Ona görə məcburuq, yazırıq söz.
Bu tüpürcək yarışı kimidir;
Tüpür uzağa qalacaqsan yadda. (Yadda)
Bircə qaydası var bu yarışın:
"Ya birincisən, ya da altda!" (Ən altda)
Bəli, elə buna görədir ki, məktəbdə gündəlik var. (ki yığasan özünü)
Amma unutma, hər bir sistemdə bir dəlik var. (ki dağıdasan özülü)
İçindəki o səsi bələdçi tut, heç vaxt buraxma və unutma!
Ola bilər çox göstərərlər sənə həqiqət kimi, amma gizlədirlər düzünü.


Ən Yeni Fit Musiqilər