Aydın Sani - Bir Addım 2019 Yeni Mp3 + Video + Lyrics




Qəzəl: Aydın Sani
Musiqi: Aydın Sani
Aranjman: Nazim Məmmədli





Ölçü: 4,47 Mb, Yüklənib: 25323
Baxış: 38 417
Musiqinin Sözləri
Qəm çəkmə səni tarı, unut getsin o yarı.
Gördük dediyin yarı, unut getsin o yarı.

Mümkündür qayıtmaq yarısından da ziyanın.
Bundan sonra gəl barı, unut getsin o yarı.

Sərf eylədim uğrunda onun, hər nəki vardır.
Olduq bir ömür yarı, unut getsin o yarı.

İllərdir ona sarı gedirsənsə, bir addım,
Atmırsa sənə sarı, unut getsin o yarı.

Dəyməz onun üçün belə rüsvayi cahansan.
İnsanın olar arı, unut getsin o yarı.

Bağlandığın andan ona, dərdin qəmin artır.
Gəlmir saya miqdarı, unut getsin o yarı.

Ardınca düşürsən qaçır, heç baxma sürünsün.
Axır gələ oxşarı, unut getsin o yarı.

Çox əhdi vəfadan danışırdı, dediyilə,
Düz gəlmədi rəftarı, unut getsin o yarı.


Ən Yeni Fit Musiqilər