Günay İbrahimli - Sən Olmuşam 2019 Yeni Mp3 + Klip + Lyrics




Söz: Gəray Fəzli
Mus: Emin Sabitoğlu
Rejissor: Farhad Ali
Aranjeman: Muxtar Abseynov
Mix-Master: Mövlud Nifteliyev
Bass Gitara: Yarkov Vitaliy
Gitara: Zulfuqarov Seymur
Zərb aləti: Ramiz Sevdimaliyev





Ölçü: 7,05 Mb, Yüklənib: 5325
Baxış: 14 527
Musiqinin Sözləri
Sən coşqun dənizsən, yoxsa bir ada ?
Sən şirin nəğməsən, yoxsa bir səda ?
Odur ki, sirlərlə dolu dünyada
Tək sənin sirrini bilən olmuşam,
Sənin gülüşünə gülən olmuşam...

Sevinən , gülən mən olmuşam
Sirrini bilən , mən olmuşam,
Mən olmuşam...


Sən gedən yolların yolçusuyam mən,
Sən gəzən dağların ovçusuyam mən,
Sən baxan göylərin ulduzuyam mən,
Səninçün alışan, sönən olmuşam
Mən özüm deyiləm, mən sən olmuşam...

- nəq -

Alışan, sönən mən olmuşam
Özüm deyiləm sən olmuşam,
Sən olmuşam...


Ən Yeni Fit Musiqilər