Orxan Zeynallı ft Röya Miriyeva - 40-cı Paralel 2019 Video + Lyrics




Videonu hazırladı: Bəhruz Qurbanlı
Səs Uzlaşması və masterinq: Şamxal Novruzlu (Synaps)
Yazılış: Saşa (Nyu York), PRoMete (Bakı)
Rəsmi kover: Aliyar Mikayılov

Yükləmək üçün Linklər:
Cdbaby
Apple Music
Deezer'
Spotify



Baxış: 39 603
Musiqinin Sözləri
Nəqarət:

Kaş, gözlərdən axan yaş olaydın,
Kaş, getməyəydin birgə yaşlanardıq.
Son kəs bu döngələr səni səslər.
Gəl, gözləyərəm (3)

1-ci verse:

Qəribəsən Bakı, ürəyi olmayanlar itirilmiş sevgidən yazır. (nə isə)
Sonuncu qum dənəsi dü.mədən yerə, xəyala gedən yolda,
Gələcəyi üçün insan keçmişini körpüdən atır.
Bir gün ölkədən qaçıb, azmaq idi arzum
Elə bilmə səni yaddaşdan pozmaq idi arzum.
Artıq donub əlləri, güclə dayanıb Cek
Istəmədim batan gəmidə çalım violonçel.
Ömrü bizim Ömrümüzdən uzun bəstələrim var
Dərinlikdən qaça bilməzsən qayıqla ancaq
Zaman tunelində ilişib qalanlara pis xeberim var!
Geriyə baxmadan qaçın uşaqlıq qayıtmayacaq
Həyat gedir dediyin anda birdən vaxt sancar
Üzunə baxıb deyər, keçir ömür böyüyürsen qocalırsan
Dinlə bu gecə təkcə məni
Elə bil ki, məndən mənim xoşbəxtliyimi borc alırsan..

2-ci verse:

Heç vaxt təkrar oxumayacağım sevimli kitab tək qalacan rəflərdə özünəməxsus yerdə,
Özünəməxsus tərzdə hərdən yada salıb
Bakı, sənin xislətin bizi bir birimizə baha satır.
Xatirəsi ag qara şəkillər olan son nəsil bizik
"Happy End"lə bitməyən hər bir son əzir bizi.
Çox əsib dizim, amma ki, qaçdıqca yollar artır
Dünən qibləmiz manat idi bu gün dollar artıq.
Mən səni tərk etmədim (yox, yox), seçim etdim.
Artıq illərdir ki, bu yarımadada həyat dustaq
Vermir nə ömür sınaqlar, nə də ki, taleh dostlar
Getmir "Səməd Vurğuna" prospektdən trolleybuslar
Bəlkə də dəyişəcək nə vaxtsa passportumun rəngi
Doğum yeri qalır eyni, necə gözlərimin rəngi.
Yollarını əzbər bilsən də yolunu azdıran şəhər,
Mənə məni "mən" etmiş mahnılarımı yazdıran şəhər


Ən Yeni Fit Musiqilər