Miri Yusif - Ruzigar 2019 Yeni Mp3 + Video + Lyrics




Söz: Fidan Axundova
Musiqi: Miri Yusif
Aranjiman: Tural Əliyev
Gitara: Rafael Bünyatov, Anar İsayev
Səs uzlaşması: Oleq Naumov
© 2019 19 GROUP

instagram
Facebook





Ölçü: 5,79 Mb, Yüklənib: 12560
Baxış: 23 472
Musiqinin Sözləri
Gecikmiş sevginin baharı nədən,
Payıza bənzəyir, qışa bənzəyir?
Dilindən çıxan sevinclə hər kəlmə,
Gözdən süzülən yaşa bənzəyir?

Əllərin toxunmur göyün üzünə,
Ürəyin alışır baxmır sözünə,
Anlayış umursan özün özünə,
Kimsə anlamır, boşa bənzəyir.

Adım ruzigar,
Sənə tərəf əsmişəm tanrıdan yadigar.
Bu dünyada bir tək ölümə çarə yox.

Pəncərəni yuyur nakam yağışlar,
Damlalar ömürdən yaşa bənzəyir?
Arxanca zillənən haqsız baxışlar,
Birdən atılan daşa bənzəyir.

Sevirsən duymadan doğmanı, yadı.
Taleyin kimsədən imdad ummadı.
Bu sevgi o qədər asan olmadı,
Qanadı qırılmış quşa bənzəyir.

Adım ruzigar,
Sənə tərəf əsmişəm tanrıdan yadigar.
Bu dünyada bir tək ölümə çarə yox.


Ən Yeni Fit Musiqilər