Puzzle - Qara Sevgi 2019 Yeni Mp3 + Video + Lyrics




Mixing & mastering: Aqşin Əlizadə
Cover: nsgraphics
Album: İlk
BMB Pro/2019





Ölçü: 4,34 Mb, Yüklənib: 1384
Baxış: 4 849
Musiqinin Sözləri
İlk hissə:
Salam, bu məktub sənə çatmaz yəqin.
Çatmaz, mənimçün edər yenə əlçatmaz səni.
Tək parçam məmim, sənsən - səninlə tamamam.
Çünki, Puzzle'ın həyatı olur yenə sənlə tamam.
Səhərlər tavan, necə gecələr yer -
bizimçün bir olanda olurdu eyni gecə hər yer.
Mən neçə hərfi yan-yana düzdüm səninıə.
Axı, yolboyu necə qol-qola gəzdim səninlə?
Soyudum səndən, isindim həqiqətə.
Ayrılıq gətirmişəm; Açmırsan hədiyyəni?
Hər dəfə sən ayrıldın, seçim etmək üçün yenə.
Sən məni yol etdin, keçib getmək üçün demə.
Birdən, (bax!) düz yanından ötür qız.
Göz yaşında qalır, yanaqdan süzülür tez.
Bayaqdan süzürəm, iç.
Sevdiyin bilinmir heç.
Mənim günahımdan, sən -
sabahdan ölürəm - keç.

Keçid:
Mən heç, (x2) əsas yaşasın bu sevgi.
Sən heç, (x2) əsas yaşasın bu sevgi.
Yəni, əsası sevgi, qalanı təfərrüat.
Bizdə ayrılıq yoxdu, sadəcə tənəffüs var.

İkinci hissə:
Xəbər edir: "Yoldayam, çatıram daha".
Mesajı oxuyub, telefonu atıram bir bir qırağa.
Özümdən aslı deyil, bu haqda düşünəndə əsəbi oluram.
Bu qız məni anlamır, mən hər dəfə sözünün kəsəri oluram.
Amma xeyri yox, tamamladım mən əsəri onunla.
Biz kəsəli yollar keçmişik axı, həndəsi yolla.
Küləyin qarşısını kəsə bilməzsən, əsər min yolla.
Bu, həyatın özü və sadəcə bir məsəldi, valla.
Səni mən sevsəm nə qədər, zənn et ki, o qədər azdı.
Məsafə - uzaq, amma uzaq - yaxından doğmaqlıqdı.
Sevgidə qarşı tərəfi ucaltmaq, yobazlıqdı.
Bu yolda qaçmağa gücün olsa, səni yormazdım mı?
Yenə yoxa çıxdın.
Mən "qapını qağla" deyirəm, sənsə "yox, açıxdı".
Zamanında endiyim zirvədən yuxarı çıxdım.
Yuxum acır, səni görmür, amma səni görən gözlərim daima yuxuya acdı...
Yeraltında öldü YOLÇU.
Ruhu oldu Puzzle, üzü yuxarı qaçdı.
Yox e, acdı, amma gizlədir.
Yaman gözlədi, gəlmədin.
O da getdi əbədi.
Yox həlli əməlin...

Son hissə: (x2)
Verirsən yara, sevgi.
Gedirsən hara, sevgi?
Ağ Körpü'nü keçib olursan reski qara, sevgi.
Böyümədin bala, sevgi.
Qayıtdın dala, sevgi.
- Doymadım. Mən neyniyim?
- Doymadın?! Onda, yala sevgi! (yenidən...)


Ən Yeni Fit Musiqilər