Karat - Kaş Məktəb Olaydı 2019 Yeni Mp3 + Klip + Lyrics




Söz: Karat
Voc: Miro
Beat: Rəşad Rc
Mix Mastering: Fredy
Clip By: Nicat Alişov
On Instagram: karatofficiall
On Facebook: Karat Music Page





Ölçü: 4,39 Mb, Yüklənib: 14687
Baxış: 22 091
Musiqinin Sözləri
Yenə məktəb ola, yaş 11 olaydı
Içindən böcək çıxan saqqız olaydı.
Ayrı bir həyacanla şeir yazıb hazırlaşıb
Kaş, mən Şaxta baba, sən də qar qız olaydın.

Içimdə qaranlığa günəş gərəkdir
Küçədə görüşüb,həyətə qədər birgə gələydik
Smsin də yerinə kaşki məktub olaydı
Içinə sevirəm yazıb,ətir vurub, ürək çəkəydik.

Yazı taxtasının solunda ağ mel olardı
Çantamızda rəngli karandaş və gel-mel olardı
Rəsm dərsi yadında?
Mavi damlı qırmızı ev,yaşıl gül çəkərdik,
Üz- gözümüz çernel olardı.

Qış da səniydin, payız da səniydin
Göy qurşağına səbəbkar yağışlı yaz da səniydin
Yanaqlarında batmaq istədiyim qız varıydı,
Hansı ki, mənə dərsləri sevdirən o, qız da səniydin.

Keçən illər ürəyimdən bir pay aldı, qopardı
Qayıdardı o fəsillər yenə o, bağ olaydı (x2)

Dilim topuq çalardı, deyə bilməzdim sözümü
Səndən başqasına çevirmədim gözümü
Icazə verməzdim saçını kimsə darta
Çünki, hörüklərinin ən dibində gizləmişdim özümü.

Bütün dərslərimə çalışaydım
Baxanda gözlərində alışaydım
kaş, siniflə birgə şəkil çəkdirəndə
Sənlə yanaşı durmaq üçün, uşaqlarla dalaşaydım.

Sevgim Cuşə gələrdi
Yaz aylarında toplayıb, sənə bənövşə verərdim
Istəmirdim yanında başqası otura
Səni başqasına qısqanar,yanında mən əyləşərdim.

Işıq saçmır, qaranlıq bu şam
Çəkinmə,sənindir, sənə aldım bu şarı
Əlləri yumşaq, dodadığı püstə, gözləri badəm
Kaş, son zəng olmazdı, qalardıq uşaq.


Ən Yeni Fit Musiqilər