Puzzle - Həmişəyaşıl 2019 Yeni Mp3 + Video + Lyrics




Mixing & mastering: Aqşin Əlizadə
Cover: nsgraphics
Album: İlk
BMB Pro/2019





Ölçü: 4,9 Mb, Yüklənib: 780
Baxış: 3 991
Musiqinin Sözləri
lk hissə:
Bir həqiqətin içindəyəm;
Hey yıxılıram əksinə küləyin!
Sirr saxlasam içimdə mən,
kir yığılar mərkəzinə ürəyin.
O zaman, səninlə ritmi rəqsə
dəvət edim. Puzzle, sən ürəksən!
Kor - YOLÇU idi, sənsə - Dərvişsən.
Əsl olan həqiqəti deyirmişsən.
Bilirsən, bilmək heç asan deyil.
Puzzle reperdi, yazsa da yazar deyil.
Kəsə yolları seçmədin, afərin!
Sadədi həqiqət: Bura Bazar Deyil!
Yazan deyil o, daha olmayandan.
Daha deyir: "Sabah Olmayacaq!"
O hansı sabahdı, bir onu bilmir.
Dünən və sabahlar bir olub indi.
Əlimdə - ovuc, ovucda - tər.
Qəbirdə - sevinc, hovuzda - qəm.
Tədbirdə - linç, səhnədə - punch.
Repersən, yalandan xoruzdan, ə!
Yozulma və pozulma sən.
Yoluna gəl sonunda sən.
Necə ki, YOLÇU'nun Puzzle'ı var.
Hazıram, bax!
Noldu bəs?
Hə, ey, deyirdin axı sən: "Alınmaz, bu yolun sonu yoxdu!"
YOL bitib, yenisinə başlamışam.
Amma ki, tam göstərməyə səbəb yoxdu.
Çünki, nümayiş bitibdi daha.
Özünü sübut etməyə daha ehtiyyac yox.
Hürküb, gözlərdən itibdi daha?
"İlk" mənim cəsarətim!
Qorxuram? Yox.

Keçid:
Həmişəyaşıl. (x2)
İnsanam, təbii ki, ondan azdı həmişə yaşım.
O, hər şeyə yaraşır, amma tək mənim deyil.
O, mənimlə olanda gəlir Dünyanın hər yeri eyni.

İkinci hissə:
Gilas tökülür, amma səbət boş deyil.
Puzzle yazıb battle, bu sənə xoş deyil.
Yoxuş dolu sənətinin eşiyi.
Səbəb axtar sən, mən səbətin deşiyini.
Ağırlığım səni əzər, məhv edər.
Düzgün fikir ver təslim-təhvilə.
Qafiyə zor olsa, nafilə.
27 ildi gedir bu Qafilə!
Sahilə Xəzəri qarışdır;
Səhəri, saxlayıb sahili deyir ki: "Dahiyəm!"
Edib müzakirə, qərar verirsən:
"Deyəsən, düz deyir, oybla!.."
Onu mən diz çökdürdüm!
Yalvarır sonacan: "Bağışla, bro'can!"
Deyirəm: "Tərpən, tez, dur!"
Deyir ki: "Duracam, edəcəm blowjob."
Xətrin əziz olsun, amma sən nə reper, nə insan, nə Əziz deyilsən.
Amma, sən repini satıb, onu qucaqlayıb - yalandan ucaldıb, əzizləyirsən. (Hə?)
Məncə qəfil get, sən vaxtın varkən erkən dərk et, tərk et, tərpən!
Çünki, özün bilən sözün bilər.
Özü bilər, əşi, nəysə...

Keçid:
Həmişəyaşıl. (x2)
İnsanam, təbii ki, ondan azdı həmişə yaşım.
O, hər şeyə yaraşır, amma tək mənim deyil.
O, mənimlə olanda gəlir Dünyanın hər yeri eyni.

Üçüncü hissə:
Bax, dəqiqdi qafiyə; takt hərləmir.
Fakt, ritmlərin işğalı məndədi.
Yəni, zaman göstərəcək ki, əsl musiqilər yenə var.
Mən replə musiqini qarışdırıb;
Sözləri məna ilə yarışdırıb;
Alqış alıb bəzən, bəzən də əksinə - qarğış alıb.
Çünki, mən... YOLumda düzəm!
Yer saxlmışam qolumda 100-ə.
Sağımda "aş-", solumda "-süzən".
Bütün daşları - tələsmə - oyunda düzər.
Amma, o, yenə onayar həvəssiz.
Səmimiyyətə mən doymaram səbəbsiz.
Onun yerinə, mən duraram səhər tez.
Çayı süzüb, çıxıb eyvana nəfəs alaram.
Baxaram, görərəm, deyərəm: "De görüm, Bakı, sənin yaraşır qəfəs harana?
Vaxt ikən olmuşam sənə həsəd aparan.
Amma, belə daha yaxşıdı deyəsən, hə?
Beləsən də...
Elə bil, yarışa baxırsan sən.
Yaşayışa təlaşı qatırsan, sən.
Amma, Həmişəyaşıl'san sən;
Belə qal..."


Ən Yeni Fit Musiqilər