Elsevər Rahimov - Sən Olmayan Gecələr 2019 Yeni Mp3 + Video + Lyrics




Söz&musiqi: Elsevər Rahimov
Gitar: Məhəmməd Mehdiyev
Studio: Noise Agency
Video: E9KA
Instagram: rahimovels





Ölçü: 5,75 Mb, Yüklənib: 53843
Baxış: 93 255
Musiqinin Sözləri
Düşün
Xəyalı özündən gözəl qoxan bir qadın
Çatlamış dodaqları qırmızı rəng və şirin dadı
Hər səsdə eşidir adın qulağım, işimin adı
sənsən, birdə siqaret hərdən başımı qatır

Sən gedən günü, mənsə sən gedəndən hər gün öldüm
Həbs oldum gözlərinə nə bir işıq nə gün gördüm
Yanımda olmadan necə sol yanımda öldün?
Öldürdün xəyalları, sən də xəyallarımda öldün

Nəqarət:
Sən olmayan gecələr, həyat axır necə də, bilməm saat neçədə, uzanıram küçədə, çox səssizdir küçələr, şərabdan da içərək ulduzlarla gecələyirəm mən
Sən olmayan gecələr, kaş ki tez keçələr, ilk dəfə görüşdüyümüz, o yerdən keçəndə, xatirələr içində, sərxoş biçimdə ulduzlarla gecələyirəm mən

Düşün
Yuxuna qonaq gəlmişəm, mən susum sən de nəsə
Başım fırlanır bilmirəm nə edim ki dönəsən
Dağınıq otaq, yerdə köhnə albom və yenə sən
Baş ucumdasan... özü də ki 2 dənəsən

Kaş indi yanımda olsan qoxunu sinəmə geyinsəm
Mən nə qədər içim, çəkim ağlımdan çıxan deyilsən
Neyləsəm də meyl sənədir, bir yaram var eyni sən, mən dəyişdim sən eynisən, zəbt eləmisən bu beyni sən, mən deyinsəm də fərqi yoxdur sən dediyini deyirsən
"Gəl öpüm keçsin" boş şeydir yara dodaqda deyilsə


Ən Yeni Fit Musiqilər