Puzzle - B|aşdan Başla 2019 Yeni Mp3 + Video + Lyrics




Mixing & mastering: Aqşin Əlizadə
Cover: Javeed
Album: İlk
BMB Pro/2019





Ölçü: 4,45 Mb, Yüklənib: 1226
Baxış: 5 392
Musiqinin Sözləri
İlk hissə:
Bax, həyatımla, mən barışmışam daha.
Həya-ar edən olmuşam daha.
Yol olmuşam daha.
Çox ölmüşəm.
Bahar - mənə evdi.
Mənə eyni mənzərələr gəlir yeni.
Mən - rəqəmlərdən 1'əm.
Özümdənsə sonra 0 yoxdu.
Fərqindəyəm!
Hər kim mənə həqiqətdən bəhs edirsə, əsl olanla çıxış edərək, deyirəm: "Yenə tərkibdəyəm!"
Düşür təbrik tək bir mənə.
Düşünüb, təklik çəkdim yenə.
Əkdim yenə də dərd toxumunu.
Araz'a da yeni nərd toxudum.
YOLÇU'nun YOL'unu tamamlayıb, ona yenə mən səbr oxudum.
Rap'in hərbi hissəsində, həbli gəlib, - durub - mən oluram onun sıralarında bir ər.
Yəni sıfırlanıb, bir də!
Mən sırf onlarla birgə, bir işləməməkçün öz'üm olub, uzaq oldum.
Musiqi mənə qucaq oldu.
Mən, yeni bir bucaq oldum:
Hamıya göstərirəm öz'ünü.
Bunu kəşf etmişəm öz'üm. (Mən!)
Arabir yada salıb, fikri həriflərimə qatdım.
- Yeni hədəflər, ya da qayıdaq!
- Bütün hədəflərimə çatdım.
Mən öz'üm sözəm özümə.
Cümlə, yanıb közər; ölürəm.
Ya da, gözlə - yadı öz'ünə
doğma bilmə, yara gözlə.
Mənə bu dil çətin gəldi başda.
Ağlım qəfil gəldi başıma.
Dedim: "Gətir, əlim alışıb.
Yazmaq üçün Əli alışır."
Dəli yarışıdı şeir;
Ordan qaça bilmək - savab,
orda qala bilmək - səbr.
Doğurdan, qala bilərsən təbii.
YOLda qala bilərsən;
Səni xilas etmək mənə borcdu.
Ləqəb: YOLÇU / Puzzle - borzu.
Bİlki, Puzzle yazıb yozmur.
Ona səmimiyyət - qan dövranı.
Qar yağanda qışı da sev.
Kor sanırdı işığı ev.
Bir işdi, eh, oldu, keçdi; qar yağmadı.
Yağdırmırdısa, yaradan hanı?
Qar yağdıran insanoğlu unutdu səmimiyyəti.
Puzzle! Sözlərin - ritmdi, buluddu sənin niyyətin.
Uçur, ağlayır, bozarır.
Bitəndə alır toz halın.
"Sevgi bitəndə borc alır.
Heyif, əsl sevgi qocalır" deyib Əli, enib qolları.
Rap'i sanıb vergi, yol alır.
Yaşamaqçün (bil!) son anı, oyanıb!
Oyanıb o..
Çox batıb o.
YOL batıb! (Yow!)
YOLÇU getmir, Kor qalıb YOL.
Olmalı idi, olmadı bro...
İntihar'ım yarımçıqdı.
İlk İthaf'ım Yarım çıxdı.
Xasiyyətimin rəngi şəndi, amma içimdə qarayam.
Qaraya ağla yarayam.
Rənglər mənim ruh halımdı.
Məsələn: Yaşıl təbiət və dumandı.
(A!) Kəsədən qaçıb, çatmaq çox asandı.
Əsəbim - əslində Kor'a YOL açardı.
Səbəbim olmasa da, Puzzle var.
Puzzle, tez ol, hazırlan!
Albom gəlir, özü də necə...
Qoy, onlar bir az utansın! (Utansın!)
Qalx zirvəyə doğru, arxanca su atsın.
Susuz qalıb yenə yazıq; sus, yazım.
Bir nəfəsə içib İlk'i, bu səfər də İlk'ə susasın...

Keçid: (x4)
Dünya dağıl, çünki Dünya nağıl.
Başımızda dəyişib yerlərini xülya, ağıl.
"Dünya malı, Dünyanın", onda biz nə edək?
İstəyirlər əzilək biz və hər şeyə "hə" deyək.

Son hissə:
Dünya dağıl...
İstəyirlər "hə" deyək...
Onlar, Dünyanı dağıdıb, -
Onlar, dağılmış Dünyanı edir hədiyyə...


Ən Yeni Fit Musiqilər