Amina - Bu Yaşıl Ağacın Altı Bizimdi 2019 Yeni Mp3 + Video + Lyrics




Musiqi : Aşıq musiqisi
Söz : Zəlimxan Yaqub
Aranjiman : Muxtar Abseynov
Saz : Tərlan Ələkbərov
Mix/Master : Ruhin İsmayılov
Prodüsser : Faiq Erol
Yayım: © tm muzik

Ölçü: 5,31 Mb, Yüklənib: 2151
Baxış: 3 637



Musiqinin Sözləri
Kök üstə budağı neçədi, bildim,
Budaqda yarpağı neçədi, bildim,
Salxımı, saçağı neçədi, bildim,
Bu yaşıl ağacın altı bizimdi.

Saçağı tərpənir tellərin kimi,
Yarpağı oynaşır əllərin kimi,
Düyməsi açılıb tüllərin kimi
Bu yaşıl ağacın altı bizimdi.

Bu sevgi, bu layla, bu beşik bizim,
Çəkər növbəmizi bu keşik bizim.
Nəyimizə lazım ev-eşik bizim?
Bu yaşıl ağacın altı bizimdi.

Ocaq Allahındı, isti Allahın
Bu yaşıl ağacın üstü Allahın,
Bu yaşıl ağacın altı bizimdi.


Ən Yeni Fit Musiqilər