Rs Qardaşları - Bu Dünyada 2019 Yeni Mp3 + Video + Lyrics




Söz: Anonim
Mus: İran





Ölçü: 3,85 Mb, Yüklənib: 755
Baxış: 4 039
Musiqinin Sözləri
Sevgilim dönüb əhdindən, yandırdı məni,
Bir özgəyə könül verib, sındırdı məni.

Nəqarət:
Mən indi bir qərib quşam,
Nə yurdum var, nə bir yuvam,
Ürəyimdən oxlanmışam,
Bu dünyada, bu dünyada.

1.
Bir zaman mən onunla qoşa gəzərdim,
Əllərimlə telinə çiçək düzərdim.
Xudaya, o günlərim getdi tez əldən,
Taleyim belə imiş yəqin əzəldən.

Zil:
Gözəlim, gözlərinin həsrətinə dözən mənəm,
Eşqinlə Məcnun olub, səhraları gəzən mənəm.
Göz yaşım gilə-gilə kipriklərə düzən mənəm,
Sevgisi yetim qalıb, bu dünyada gəzən mənəm.

2.
Bir gün gələr, peşiman olarsan, gülüm,
Çiçək kimi saralıb, solarsan, gülüm.
Necə ki, mən çəkirəm, sən də çəkərsən,
O gülən gözlərindən yaşlar tökərsən.


Ən Yeni Fit Musiqilər