Puzzle - Yağışın Altında 2019 Yeni Mp3 + Video + Lyrics




Mixing & mastering: Aqşin Əlizadə
Cover: Javeed
Video: Bəhruz Qurbanlı
BMB Pro/2019





Ölçü: 2,29 Mb, Yüklənib: 1904
Baxış: 5 058
Musiqinin Sözləri
İlk hissə:
Yağış yağır, hamı qaçır, mən dayanmışam.
Yağışdan qaçan insan idim, yanılmışam.
Sən demə, yağış yağırmış yerə nurla birgə.
Bunu bilib, yağışda islanıb, ayılmışam.
Bakıya yağmır qar, Bakıya yağır yağış ancaq.
Gözlədikcə görürsən ki, qalıb əldə son can.
İslandıqca anladın ki, Dünya insanın deyil.
İnsan, sadəcə bir hissədi; xərcləyib bolca!
Hirslənib, sonda cırmadım yazdığımı.
Çünki, əsl dinləyici dəyişmir qulaq asdığını.
Dedim ki: "Qoy başını, yat, qucaqla yastığını."
Çünki, yağışı yağdırsa da, silmir qula yazdığını.
Hədəf yayınmır, Əli qocalmır, əlim yazır.
Xəzinə sandığını əlim açır, Əli azır.
Bu qədər ağıllı şəhərə, bu qədər dəli azdı.
Daha gözləmə yağışın altında, Əli, Yazdı...

İkinci hissə:
Yağış yağan fəsillər ölübdü, qarla birgə.
Arada bir gəl, denən ki:
"İnsana düşən olubdu səfalət, adama - bilgə".
Basma yarama bir də.
Bulud, ağlama bir də!
Yerdə islanırıq, yetişmirik.
Yaşayır 60 - 70 biri.
Onu örə bilər, sadəcə
o dünyaya getmiş biri.
Yaradır bu, istisna;
Gizlədir o, 3 dustaq.
Torpaq üçün nəm təsiri;
Fəsillərdən ən sərtidi.
Gruplaşıb, fən təhsili
almır, amma sən dərsini
alsan əgər, kəm gələsidi.
Mən, əzbər bilirəm Bakının hər məhəlləsini.
Yağışda qaçsan belə fərqi yoxdu, bədəndən tər gələsidi.
Bilin, mənlə çətin olur yarış. (Wow!)
Arada bir çətir olur yağış yerə. (Yow!)
Təbiətlə sıx əlaqə - iç-içəyəm.
Kəmiətdə yığ əmanət; bich bicənək.

İlk keçid: (x2)
Edir dəli vibe, gedir gəlir vaxt, tik-tak.
Edir məni high; gedir, gəlir olur 2Pac!

İkinci keçid:
Sənə əmanət: əsəbi yox etmə, idarə et.
Yağışında altında islanıb, daha tövbə et.
Dön və get.
Gör və de:
"Bəsdi daha, istəmirəm...
...gözləmək!
Zərbə üçün Puzzle hazırdı!"

Son hissə: (x4)
Dayanmışam, yağışın altında islanıram... (Təmizləndim!)


Ən Yeni Fit Musiqilər