İfrat - Şairlər Kimi 2019 Yeni Mp3 + Klip + Lyrics




İfaçı: İfrat Dünyamalıyev
Söz: İfrat Dünyamalıyev
Mus: İfrat Dünyamalıyev
Aranjiman: Nazim Məmmədli
Əsərin adı: Şairlər kimi
Rejissor: Vəsfi Bulud





Ölçü: 4,06 Mb, Yüklənib: 15163
Baxış: 20 490
Musiqinin Sözləri
(Bənd)

Sənə isinən,
Ürəyim isitmir yerini.
Sən məni, heç sevməyən,
İnsan kimi atdın.
Sənə görə,
Ömrünü məhv eləyən birini,
İntihar üçün, atılan,
Dərman kimi atdın.

Sonunda nə oldu?!
Ürəyim xəstə oldu.
Həyatımdakı hər şey,
Sənin üstə oldu.

(Nəqarət)

Şairlər kimi sevdim səni,
Qovuşmaq idi dərdim.
Sərxoşlar kimi sevdim səni,
Olanımı sənə verdim.

(Bənd)

Axı yoxluğun,
Yer salır özünə aram-aram,
Mən sənin, bir zamanlar,
Yerini salan yerdən.
Öz geyimimi,
Dəli kimi öpürəm qoxlayıram,
Mən təsəlli, alıram,
Ətrin qalan yerdən.

Eybi yox sənə çatmasın əl,
Son duamdır axır-əvvəl,
O sənə qarşı səhv eləsin,
Sən özündən çıx mənə gəl.

(Nəqarət)

Şairlər kimi sevdim səni,
Qovuşmaq idi dərdim.
Sərxoşlar kimi sevdim səni,
Olanımı sənə verdim.


Ən Yeni Fit Musiqilər