Abşeron Qrupu - Son Gediş 2019 Yeni Mp3 + Klip + Lyrics




Söz: Səbuhi Zaman
Musiqi: Emoband
Aranjiman: Elvin Musayev
Mix & master: Fərhad Musayev
Operator: Rafiq Rüstəmli
Montaj: Rəşad Həsənov





Ölçü: 3,6 Mb, Yüklənib: 2954
Baxış: 6 180
Musiqinin Sözləri

Tənha qoyub getdi məni
Yaşamaq mənə dərd olub artıq
Gəl deməyə yoxdu üzüm,
Söyləsəm belə tərk edib artıq
Sən ki mənə zülm elədin
İstəsəm belə sevməyəcəm səni
* * *
Bəxtimə çox ağlamışam,
Gecə gündüz sızlamışam,
Mən bilirəm, dönməyəcək,
Bunu artıq anlamışam,
Gözlərimi yollarına
Dikərək nə qədər səni gözləmişəm
* * *
Hər gedişin məni dərdə salıb,
Yollarını gözləmişəm,
Həsrətinin acısın yaşayıb
Ağlamışam, gülməmişəm,
Sən bunu bilməlisən,
Çox günah eyləmisən,
* * *
Mən bu qədər əzabın yükünü
Tək başına çəkməyəcəm,
Sən nə qədər diləsən də aman
Mən səni əvf etməyəcəm,
Sən necə daş birisən,
Mən bunu bilməmişəm
* * *
Bu mənim son sözlərim olsun,
Kor olan qoy gözlərim olsun,
Ölərəm, qururum yenə ölməz,
Bükülən qoy dizlərim olsun,
Bu eşqin kitabın sənə yazdım,
Eybi yox silərəm, geri dönsən də..
* * *
Bu gediş qoy son gediş olsun,
Onsuz olmayacam geri dönsən,
Yuxusuz gecələr haram olsa -
Darıxıb yenidən mənə gəlsən,
Yoxluğum səni incidər əlbət,
Gözünün yaşını silən olmaz yar.


Ən Yeni Fit Musiqilər