Canan - Rəvayət 2019 Yeni Mp3 + Video + Lyrics




Söz: Tural Davutlu
Mus: Tural Davutlu
Aranjman: Nazim Məmmədli
YouTube İdarəedici: Elcan Ümid
Piyar Menecer: Elcan Ümid
Mix/Master: Nazim Məmmədov
YouTube Menecer: Nadir Kərimov





Ölçü: 3,06 Mb, Yüklənib: 5853
Baxış: 9 662
Musiqinin Sözləri
Əsil məhəbbət yox imiş sən demə
Həyat kimi sevgilərdə yalanmış
Tərk edilənlər çox imiş sən demə
Niyə unudulmaq bu qədər asanmış
Mən səni sevdikdə düşünmədim bəs
Sən bu qədər əzab verərsən mənə
Bu dünyada mənə zülüm eyləyən kəs
O dünyada cavab verərsən mənə

Sən elə vurdun ürəyimdən mənim
Üzümə gülüb niyə belə etdin niyə
Səni hamıdan çox sevirəm deyə deyə
Axırda vurdun kürəyimdən mənim

Yadındadır sual verərdin mənə
Mənə bu qədər sən niyə öyrəşmisən
İndi həmən sualı mən verim sən
Sən necə mənsizliyə öyrəşmisən
Tutardın əllərimi gülümsəyərdin
İndi tutursan kimin əllərindən
Səni hamıdan çox sevirəm deyərdin
Heç utanırsanmı əməllərindən

Sən elə vurdun ürəyimdən mənim
Üzümə gülüb niyə belə etdin niyə
Səni hamıdan çox sevirəm deyə deyə
Axırda vurdun kürəyimdən mənim


Ən Yeni Fit Musiqilər