Vəfa Şərifova - O Nə Deyər, Bu Nə Deyər 2020 Yeni Mp3 + Klip + Lyrics




Söz/Musiqi: İfrat Dünyamalıyev
Aranjeman: Nazim Məmmədli
Prodüser: Maho
Rejissor: Xəyal Murtuzov
Quruluşçu Operator: Elçin Murtuzov
Operator: Elsəvər Murtuzov
Montaj & Rəng: Mehrab Qarayev
Youtube Menecer: Rəvan Ağazadə





Ölçü: 4,34 Mb, Yüklənib: 15907
Baxış: 20 583
Musiqinin Sözləri
Yadlar etdi sevgimi qiymətsiz,
Həyat da davrandı ədalətsiz.
Nə qədər dərd varsa bu dünyada
Qonaq gəldi qəlbimə dəvətsiz.

Dedim canıma qəsd eliyim bəlkə,
Yoruldu ruhum daha pis gündən.
Həyatımı alt-üst eliyim bəlkə,
Bəlkə altı yaxşıdır üstündən.

Nəqarət
O nə deyər, bu nə deyər
Deyə-deyə yaşamaq
Salıbdır məni də xoşbəxtlikdən uzaq.
İndi öz sevgimə yazığım gəlir.
Danışmaq, sevənlər susublar ancaq.

Elə bil kimlərsə durdu mərcə,
Məqsəd ayrılığımız oldu bircə.
Həqiqət üşüyər deyə qorxdum mən
Üstün açmadım uzun illərcə.

Mən sayınca fələk nələr saydı
Sanki alın yazımı özüm yazdım.
O vaxt indiki ağlım olsaydı
Bəxtimin əllərini buraxmazdım.

Nəqarət
O nə deyər, bu nə deyər
Deyə-deyə yaşamaq
Salıbdır məni də xoşbəxtlikdən uzaq.
İndi öz sevgimə yazığım gəlir.
Danışmaq, sevənlər susublar ancaq.


Ən Yeni Fit Musiqilər