Aydın Sani - Keçər (Badəpərəst) 2020 Yeni Mp3 + Video + Lyrics




Söz: Seyyid Əzim Şirvani & İlqar Fəhmi
Musiqi: Aydın Sani
Aranjıman: Rövşən Muhammed





Ölçü: 3,23 Mb, Yüklənib: 14317
Baxış: 21 625
Musiqinin Sözləri
Yağardı ağ yağışlar, adam çaşıb qalardı,
Bir az nəfəs verərdi, bir az həvəs alardı…

Ümid var idi məndə, bulud tək intəhasız.
Külək alıb apardı, adam gedib tapardı.


Ləli-ləbin səfadə kim, badeyi-nabdən keçər,
Badəpərəst gər onu görsə şərabdən keçər.

Keçdi xəyalın, ey pəri, bu dili-dərdnakdən,
Eylə ki, şahi-kamran mülki-xərabdən keçər.


Dadın da bilmədim heç gözündəki o yaşın
Soyuq-soyuq axardı, adam içib baxardı…

Vəfa qapısı üçün, həqiqi canfədalıq
Dəyişməyən açardı, adam açıb qaçardı.


Ləli-ləbin səfadə kim, badeyi-nabdən keçər,
Badəpərəst gər onu görsə şərabdən keçər.

Keçdi xəyalın, ey pəri, bu dili-dərdnakdən,
Eylə ki, şahi-kamran mülki-xərabdən keçər


Ən Yeni Fit Musiqilər