Aydın Sani - Dilbər (Zemheri Soundtrack) 2020 Yeni Mp3 + Video + Lyrics




Qəzəl: Aydın Sani
Zemheri Soundtrack
Piano: Rovşən Muhammed


Ölçü: 2,63 Mb, Yüklənib: 1696
Baxış: 3 021
Musiqinin Sözləri
Gördüm çox acı rəftar, ey huri mələk səndən.
Bir kəlmə şirin sözdə, küsgündür ürək səndən.
Bildi səni tək həmdəm, qoydun onu viranə.
Bilsəydi əgər könlüm, ummazdı kömək səndən.
Mən zülfünə həsrətkən, yellər daradı zülfün,
Hər zülmünə mən dözdüm, kam aldı külək səndən.
Ey dil elə ah etdin, saldın günəşi gözdən,
Dəryalara od vurdun, dad etdi fələk səndən.
Xoş halıma ey dilbər, vaxtında gəlib çıxsan,
Vay halıma əzrayıl, tərpənsə zirək səndən.
Vəslinçün əl açdım mən, çəkmə ətəyin nolar,
Gəl son qoyaq hicrana, əl məndən ətək səndən.
Aydın bu nə sevdadır?! Yar ilə nə qovğadır?!
Ki, razıdır hər kəsdən, narazıdır tək səndən!


Ən Yeni Fit Musiqilər