Röya - Xəbərsiz 2020 Yeni Mp3 + Video + Lyrics




Söz: Cəlal Qurbanov
Musiqi: Erkin
Aranjiman: Tural Yusibov
Mix&Mastering: Bizim studio
Musiqi produseri: Cavid Əhmədov
Produser: Vüsal Rzazadə





Ölçü: 5,63 Mb, Yüklənib: 10465
Baxış: 16 799
Musiqinin Sözləri
Gözlərim gözlərinə gülüb məndən xəbərsiz.
Ürəyimdə bir sirr var, bilib məndən xəbərsiz.
Baxışların bir anda vücudumu titrətdi,
Bir baxışdan sevməyim ürəyimi göynətdi.

Səni gördüyüm o gün,
Ömrümə naxış oldu.
Bilmirəm necə baxdım,
Qəribə baxış oldu.

Ürəyim ürəyinə köçüb məndən xəbərsiz.
Dili yoxdur danışsın, qalıb sözsüz, kəlməsiz.
Baxışların bir anda vücudumu titrətdi,
Bir baxışdan sevməyim, ürəyimi göynətdi.

Səni gördüyüm o gün,
Ömrümə naxış oldu.
Bilmirəm necə baxdım,
Qəribə baxış oldu.


Ən Yeni Fit Musiqilər