Arzu Şuşalı - Gözlə Gələcəyəm 2020 Yeni Mp3 + Klip + Lyrics




Musiqi: Cabbar Musayev
Söz: Telman Yevlaxlı
Aranjiman: İlkin Valehoğlu
Səs rejissoru: İmran İbrahimov
Prodüsser: Yaqub Cavadov
Rejissor: Sahib Mamedov
Yayım: © tm muzik





Ölçü: 4,18 Mb, Yüklənib: 927
Baxış: 3 516
Musiqinin Sözləri
Sevgi bir əzabmış, ayrılıq ölüm,
Gəl, öpüm üzündən, başına dönüm.
Həyatda yüz kərə düşsə də, gülüm,
Dumanlı, çiskinli dağlara yolum

Gözlə, gələcəyəm, qurbanın olum.
Gözlə, gələcəyəm, heyranın olum.

Eşqimin yolları boran, qar imiş,
Bəlməzdim, arada hicran var imiş.
Vüsalın könlümdə ilk nübar imiş,
Gəlməsin xəzanım, saralım, solum,

Gözlə, gələcəyəm, qurbanın olum.
Gözlə, gələcəyəm, heyranın olum.

Qoy, sənsiz ötməsin ömrümdə bir an,
Həsrətin çıxmasın qarşıma, aman,
Gözümdə qəm yaşı, durub pərişan,
Qoyma boynu bükük bənövşə olum,

Gözlə, gələcəyəm, qurbanın olum.
Gözlə, gələcəyəm, heyranın olum.

Sevgimiz dağların selinə düşür,
Yaxşının, yamanın dilinə düşür,
Amansız fələyin əlinə düşür,
Qırılsa qanadı, qırılsa qolu,

Gözlə, gələcəyəm, qurbanın olum.
Gözlə, gələcəyəm, heyranın olum


Ən Yeni Fit Musiqilər