Puzzle - Güclülərin Mahnısı 5 2020 Yeni Mp3 + Video + Lyrics




Mixing & mastering: McB a.k.a Kray
Cover: Javeed
Editing: Sabina Rustamli
BPM Pro/2020





Ölçü: 4,77 Mb, Yüklənib: 1554
Baxış: 5 577
Musiqinin Sözləri
İlk hissə:
(Haaah!) Dərindən nəfəs al.
Ya da təslim ol və denən: "Yadam."
Dərdindən qəfəs al.
(Ehhh... nə isə... əşi!)
Əliyə təzə ad: Puzzle!
Oyundadı yenidən, hazır!
Əlində təzə dad.
Bu axı Güclülərin mahnısı! (Beş!)
Edibdi fake gücün hamısını leş!
YOL'a kim hörmət qoymursa, izlə.
Yağışlı YOL'da ayaqqabısını deş.
Çünki, sən tez sönüb, tez barışıb,
çıxış YOL'unu gördün: bankı yarmaq.
Çünki, mən aydınlıqda işıq.
Amma sən - oranı göstərən barmaq.
Anlamaq lazımdı əvvəlcə, bruder,
ki etməyəsən belə səhvi bir də.
Yadda saxlamaq lazımdı ki, itsə
görərsən, xalta taxıb, artıq itsən.
Hə, birdən-birə, bilə-bilə edir özü, blyat!
Za to, sonda gora özü gedər.
Ona görə də ki, özü bilər.
Gücdən gələn yenə gücə qayıtmalı.
Gücə gedib DEV, cücə qayıtmalı.
23'ündən sağ 3'ü qayıtmalı.
Axı de gedibsə nə üçün qayıtmalı, hə?
Azadlıq başlayır başdan.
Azad deyilsənsə, buna səni inandırıblar.
Yazanda çoxalır "kaş"lar.
Amma inanansan, çubuqlar birlikdə sınırlar.
Bu şok dalğası, qop!
Uşaq baxmasın, qoy!
Yumşaq dalına bir təpik,
Yurdu şah alıbdı bir qəfil,
Boşuna almasın, boy!
(Wow!) Uçuşan ağlındı, boy!
Uçuşa qalxmasın qoy!
Yormuşam hissləri, gizlənib.
Yazmışam yenidən.
İzləyib bu şah, ağıllı YOL! (Yow!..)

İkinci hissə:
Yox, tərifin təəccüb doğurmur.
Mənfilər tək cüt doğulmur.
Dərində hər gün boğuldum.
Son YOL əlimdə olanda qorudum.
Çünki, YOLÇU olanda zor idi.
Belə isə, çalış və güc qazan.
Dayan, denən qısqanıb mənə ki, bəs "zəifsən".
Sayaq, görək, mən güclü, sənsə boş tərifsən.
Yazan söyərmi?
Bu deyil axı açar.
Yazar düşüncələrini açar,
o, Flash'dən tez qaçar.
De görək, bu fast flow'du, yoxsa, yenə mövzuya tərs flow'du?
Eşitdinsə, tərs minor'du.
Bilməyin qarşısını kəsmir ordun.
Qorxduğuçün qəsdən bro'du.
Kəsib-doğrayıb, mən qəssab oldum.
"Təslim oldum" demədim,
sadəcə, öz'ümə dedim:
"Öz'ünü üzgün göstərmə!"
Açar budu, bil: güzgü göstərmək.
Açar bunu bil, düzgün öyrənmək.
Məna - həyat üçün yaşıllıq.
Dərdindən nəfəs al, yaşa, qat başını. (Aşırı)
Yaşımın gətirdiyi yenilik + müşahidə, sanki təkdi + bildiklərim eyni deyil + bilir ki, güc bilməkdi + bilir, bilgi çətin deyil + yersiz etmir hörməti + safdı, amma hərif deyil + boş tərifi, töhmətdi = Puzzle a.k.a Puzzle a.k.a Puzzle a.k.a Puzzle a.k.a Puzzle a.k.a Puzzle a.k.a Puzzle...

Üçüncü hissə:
Güvənib təcrübənə, təslim oldun təəccübünə.
RAP - Ritmik Azərbaycan Poeziyası'dı tərcümədə.
Həqiqət qapısı açıq;
Bəs açılıb cəftə necə?
Düzü hər səhvdə seçər, rap'lərisə həftəbecər.
Söz otağımdan çıxan hər track qaçıb, çatdı, çıxdı zirvəyə.
Öz axtarışlarım yenə uzanıb, samanlıqdan çatdı iynəyə.
Yox, o bildiyin zirvə deyil, bunun adı "Bilgəlik"di.
Sən bilmə İlk'i.
Bəs bilirsən ki, biləndə qarışacaq ağ-qırmızı pivəyə?
Gör nə qədər vaxt keçib, mən hələ də burdayam və eyniyəm.
Kor olanda görməyən Əli, Puzzle ilə çıxıb həqiqət seyrinə.
Bəs, nə oldu ki, bu uşaq hərşeyi görməyə başladı, bro?
YOLÇU'nun "dobru" yazıb, uzatdığı bütün verse'ləri Puzzle ilə yaşladı flow.

Dördüncü hissə:
Vaxt getdi...
Daha mənimlə üz-üzəsən.
Çoşub əsdin, amma deyə bilmədin yenə sözü düz üzə sən.
Küçənin ən dibində toz toxundurmursansa, hüsnünə sən.
Gücüm əzər!
Barışmaram, əgər sən boş yerə küsmüsənsə...
İnan ki, onu çapardın, əgər sən, elmin at olsa.
Söküb, yığıb, dağıdırsan;
Blyat, elə bil, sən əsl Terminator'san!
Xətrinə kim dəysə, fərqi yoxdu inan ki, gəl soruş: Babe, noldu?
Cavab verim: Hal-hazırda olduğum bax bu yer, Babylon'du!.. (Yow!)
Sətirlərlə zəlzələ yarada bilən MC mənəm!
YOL göstərənim heç olmayıb deyə, yol sala bilərəm.
"Tə ki", "kaş ki" deməyib toxunmuşam, mən hər dəfə mətləbə.
Tək bacarmağla show göstərib bunu etmişəm hər dəfə.

Beşinci hissə:
Ən gözəl etirazı edib, öz'ə dedim:
Yaşa, Həyat olaraq!
Kafka'sız çevriliş edənlər bəs, tamamlanar zəif olaraq?
Yox təbii, KORtəbii edirdi yenə, mənə səhvi tərif olaraq.
Göndərdim zərfi donaraq və yazmadım ona bir daha...
Mən məsələn də indi, deyinim yenə mətləbə də indi.
Gedib-gəlib tərsləmə deyə məni, Əli verir məsləhətlər indi.
(QulağınI) aç, eşit!
Fuck the shit!
Saxla hətta bağda şir.
Vaxt yetişir, kral eşir.
Taxt beşik? Yox əşi!

İlk keçid:
Qaç, tullan, get.
Tez burdan get sən, blyat!
Xaç çıxart tez.
Et dua tez sən, blyat!
Saç ağart tez.
Bilik, ucal tez sən, blyat!
Tac qoyun tez (başına).
Say qoyun, yat sən, blyat!

İkinci keçid:
Böyük həyatlarda özü boyda böyük dərdlər yığışır, alış.
Puzzle alqış alır, barış.
Deyil yarış həyat daha...
Böyük ölkələrdə balaca insanlar düzgün yaşayır.
Çalış, guya alış buna.
Yarış olsa, qarışma buna!

(Qışqır, paxıl!)

Son hissə:
Tez nəyə inanmaq istədiyini dərk edib, sən tərəfini seç:
De, illüminati,
ya Güllü, Memati?

(Qışqır: Paxıl!)


Ən Yeni Fit Musiqilər