Orxan Zeynallı - Məni Xatırla 2020 Video + Lyrics




Cover: Elshad G
Mix & Mastering: Drek (Synaps)



Baxış: 9 195
Musiqinin Sözləri
Yenə 10 yaşındayam, 5 iyun, yığılmışıq parkda
Baxıram kənardan, öz ad gününü qeyd edən Orxana, asta
Asta baxıram ki, tanımasın
Birdən tanıyar, qorxar
Necə saf çizgilərin var imiş
Niyə belə dəyişdin, Orxan?
Yenə 13 yaşındayam
İyunun sonu, mərkəzi univermaq
Dostumuza hədiyyə seçirik
Bu qədər dost, bu qədər doğma
Bu qədər şən, zaraftcıl, dosta görə can yandıran oğlan
Hara getdi bu qardaşlıqlar, niyə belə dəyişdin, Orxan?
Yenə 15 yaşındayam, məktəbin damında, səhərə yaxın
İllər keçəcək, amma bir də olmayacam Allaha bu qədər yaxın
20 yaşındayam, gözlərim yol çəkir
İnanıram, çox sevənim var
Çoxunun ürəyinin içindəyəm, niyə belə dəyişdin, Orxan?
Bu gün 30 yaşındayam, heç dəyişməmişəm əslində
Bu soyuq körpüdə, həyat hönkürər, həyat bəhs edər, ölümün əksinə
Bir daha düşünüm, dərin nəfəs alım, bir daha bərk durum
Əlimdə son damla cəsarət və ilk vida məktubu

Məni xatırla, mahnılarım silinməsin qoy yaddaşından
Məni xatırla, istəməzdim bəlkə bu qədər erkən daş olmaq
Bu qədər günahı kim dedi, bir "bağışla" silər?
Məzarıma qoyduğun dodaq boyasını, bir payız günü yağışlar silər. (x2)


Ən Yeni Fit Musiqilər