İradə Mehri - Salam Ürəyim 2020 Yeni Video + Lyrics




PR: Əli Baxşızadə / Ali Bakhshizada
Söz/Mus: Tural Sədalı
Aranj/Mix: Nazim Məmmədli
Montaj: WNS Production



Baxış: 8 115
Musiqinin Sözləri
Salam ürəyim,
Bu qədər etibarsız olmaz adam, ürəyim

Atıb məni özgə insanı tutmusan
O xoş keçən günlərimizi unutmusan
Məni özündən o qədər soyutmusan
Artıq isinmir sənə bir qram, ürəyim

Salam ürəyim, salam ürəyim
Bu qədər etibarsız olmaz adam, ürəyim

Qəlbimi incitmisən, hər şey dəyişir
İstədiyini etmisən, hər şey dəyişir
Düşünmə sən getmisən, hər şey dəyişir
Sənsiz həyatım eləyir davam, ürəyim

Salam ürəyim, salam ürəyim
Bu qədər etibarsız olmaz adam, ürəyim

Mən nələr etdim səninçün, düzəlmədin
Mənim halıma baxmadın, üzülmədin
Gəl deyə yalvardım amma ki, gəlmədin
Oldu həsrətinlə param-param ürəyim

Salam ürəyim, salam ürəyim
Bu qədər etibarsız olmaz adam, ürəyim
SALAM ÜRƏYİM !


Ən Yeni Fit Musiqilər