Aslixan - FuTrue 2020 Yeni Mp3 + Video + Lyrics




Beat , aranjiman : Yuzbek Zagirov
Mix&Mastering : Ali Mustafa




Baxış: 6 352
Musiqinin Sözləri
Nəqarət

Nə yuxu, nə röya,
Gördüyün deyil xülya.
Dünəni sil getsin,
Bu gün var yeni dünya.


Verse

Verdilər mənə silgi,
Məcburən məndə sildim.
Və oldum mən əsiri,
Bilmərəm bu nə sirrdi.

Yaşıyıram evimdə həbs,
Vurmur daha əvəlki nəbz.
Nə gəlmir əvəlki səs, daha,
Dəyişmişəm deyil əvəlki tərz.

İçimdə az imanım,
Amma, var çox inamım.
Hökümlər tək Tanrının!
Deyil Amerka nə İranın.

Çəyirtkə hara qənim?
Sünbüllər baha gəlir.
Səmalar daha təmizdir,
Olsada daha qəliz...

Çox varmış əlaqəmiz,
Oyunlar əhatəmiz.
Bu dərdə "Dəva nədi"- de?
Yenə bir "Vəba" gəlib...

Gəlir , yeni
dərd yeni qəm, gəlin
Hamımız ölək, birdə
Doğulaq yenidən...

Nəqarət

Nə yuxu, nə röya,
Gördüyün deyil xülya.
Dünəni sil getsin,
Bu gün var yeni dünya.

Verse

Hələdə busan, nə qədər yaxın sən,
Baxsan o qədər görürsən uzaq. Mən,
Şimalda hər gün əriyən buzam, Sən,
Böyümədin qalmısan hələdə uşaq.

Buraxmışam göylərə əlimdə bu şar. Axı,
Böyümədim qalmışam hələdə uşaq.
Bax! məndə buna yoluxmuşam. Ümid,
Arzu, duadan yorulmuşam.

Oyundu, oyunda var hamıya da pay.
Düş axına get yada qayıt yada qal.
Yeni sistemin olub hamı məhkumu. Lap,
Yazsam da çatacaq de - "Kimə məktubum?"

Daha,
Məcburuq. Gəlin hamı buna alışaq. Burada
Əllər var qan, pula qarışan. Mənim,
Sabahım xeyir, sizin gecəniz xeyrə. İndi,
Yatmaq vaxtıdı baş balışa...


Ən Yeni Fit Musiqilər