Puzzle - Bioqrafiya 2020 Yeni Mp3 + Video + Lyrics




Mixing & mastering: McB a.k.a Kray
Video editing & cover: EZ
Editing: Sabina Rustamli
Album: PZZLLL
BPM Pro/Air Rec/2020




Baxış: 4 529
Musiqinin Sözləri
İlk hissə:
Tələsik həyatımdakı dağınıqlıq,
KorYOLÇU bu zibili görmürdü.
Söz doğdu və yaşatdı ədəbiyyatı, amma musiqini öldürdü.
Ona görə içimdəki pianist şair olmağı yox, seçdi Puzzle olmağı.
Yəni, öyrəndi o, hazır olmağı.
Yenə yazdım, Puzzle qoymadı.
Hələ də sağam və diridi can!
Türkiyə, Almaniya, Azərbaycan.
KorYOLÇU, Ümid və Buqalemun.
Puzzle hələ qalıbdı 23 can.
100 albomu və bir də EP'lər.
Pulsuz sənət və bir də həqiqət.
Düzünü de, səni narahat edir bu.
Çün(ki), illər keçir, dəyişmir əqidəm.
Onlar deyirlər fəxrlə: lable'in yoxdusa, ölməyə məhkumsan.
Sanki, canlısan və mərhumsan.
Sanki, bu Dünyadan məhrumsan.
İnsanlar illərdi belədi, qurban axtarır, qurban olmağa.
Səni bu Dünyadan, bil, həqiqət saatını qurmaq oyadar.
Mən label'əm tək nəfərlik.
Səhifələr sil, Puzzle ayılıb çox.
Guya (ganja'nı) çəkmişdim tək səfərlik.
Tək səfər, İlk - geri qayıdış yox.
Hər bədənmi ölməyə məhkumdu?
İllərim lig, oyandım o tayda.
Kreativ pik, arada xitablar.
İndi Əli'di "maraqlı kitablar". (Yow!)
Dayan e, bir dəqiqə...
Davam'ı, davamı bitirmə.
Savabı havayı itirmə.
- Yox.
- Onda, malsan.
Yox, dayan e, bir dəqiqə...
Qavrayıb, zamanla itilə və
tavan'ı tavan'la itələmə.
- Yox.
- Onda, ad-san?
Sabahı satırsan vitrində.
Asırsan yalanı beat'lərinlə.
Elə eləmə (ki), hirslənim mən.
- Yox.
- Onda, batsın.
Bayıra atdılar mitilin də.
Havayı sayıldın it ilində.
Başladınsa, yenə bitirim mən.
- Yox...
- Onda, qalsın.

Keçid: (x2)

İkinci hissə:
Gedib-gəlib öldürməkdən danışan MC, sözünə qüvvət.
Öz'ə töhmət götürmə sözlə, qazan öz'ünə hörmət.
Qarşıma rəqib kimi çıxdın?! Nələr var gör Dünyada!
Sən Dünyanın çölündənsən, onda mən də Çöldünya'yam!
Bax, nəyi danışırsan, nəyi düşünürsən, onu yaşayırsan.
Axı niyə barışırsan? Əvvəl üşüyürsən, sonra alışırsan.
Yenə hey danışırsan, amma danışdıqlarında düşüncə yoxdu.
Yenə yanıb alışırsan, bu “həyat" deyilən şeydə ədalət yoxdu?
Nə danışım axı bioqrafiyadan, elədiklərim göz qabağındadırsa?
Arı kimi çalışıb, qarışqa tək əzmliyəm.
Söz, ağa olmalısan!
Söz vulkanı hələ yanmayıbdı, amma mən yanan hisslərimlə qaynayıram.
Eynilə Azərbaycanam - az tanıyırlar, amma istedad qaynayıram!
Yaşımı dərəcədən çıxart, görüm: açır maşın yaşıldan cığır.
Başını pəncərədən çıxart, görüm, sənin başın maşından çıxır?
Qaşınsan, çıx, yoxsa qaşıyıb qan çıxardıb, mən yarana duz səpəcəm.
Düz gələcək yaratdığım illuziya.
Bacarsan anla və qarşıma çıx.
Yeni bir axın yaratdım: Puzzle'ı dinləyən özündən əmindi.
Çünki qulaqda Puzzle varsa, deməli sözlər özündə dərindi.
Bəli, özündə dəliyə bənzəyən Əliyə dedim ki: "Şad xəbər:
Arzuna çatdın artıq, deyə bilərsən rahatca, «edəcək şah səfər»”.
Son ver!
Sən ətağa, mən gedirəm, yol ver!
Zəif deməsin: "Zəifə yox yer!"
Puzzle a.k.a KorYOLÇU (Yow man!)
Oxumamış aliməm.
Hey savaşıram.
Kölgəmlə dalaşıram.
Gücümlə barışıram.
Öz'ə qarışma(ra)m.
Öz'ümlə yarışıram,
Məğlub olsam belə bax, yenə də qalibəm!

Keçid: (x2)

Üçüncü hissə:
Əlimdən tut, məni qaldır göyə,
Dozanı bir az yuxarı qaldır, uyaq.
Rəqibə de, aralasın, baldır görək,
Gördükləri bütün işlər baldır guya?
Almır guya, amma içində yanır,
Sözü yerində demir, içində qalır.
İçində hamı ona görə pessimist.
Amma, yenə gec-tez (iş) hədərmi oldu?
Axı nələr oldu? Biz eyni qalmışıq.
IQ-da keçə bilmir beyni altmışı.
Daşını atmışıq, dost qazanmağın,
Olsan belə sən lap dostu Qazan Xan'ın.
Çoxlu yazar tanı, öz qələminlə,
Eyni gəlmir axı, söz əməlinlə.
Sözlərimlə mən özüməməxsusam,
Ona görə illərdi öz'ümə məhbusam.

Dördüncü hissə:
Bro, gedirsiz yol, amma mənzilə çatmamış, qayıdıb geri.
Siz "глазок"dan baxmayın boş, mən zilə basmamış, qayıdın geri.
Biz?! "Biz" deyə bir şey yox,
İz qoyuram, siz qayıdın geri.
Diss atmamışam hələ, rahat olun.
Amma hiss edirəm ki, qayıdır o, geri!
Yeniliyi gözləmə, otur və yaz.
23'də İlk'disə, 30'da Yaz.
O qədər güclüyəm ki, gücümə baş əymədim,
Anlaya bilməz ki, onsuz "dayaz".
Yenə danışırsınız çox, amma ki, yenə də əmələ gələndə 0.
Bəzən də deyirsiz "yox", sonra da öyrəşib edirsiz, əməldə sınıb.
- Yox!
- Şəkili tamamladım axı.
- Yox!
- Hər şeyi tam anladım axı.
- Yox!
- "Güclülərin mahnısı" bəs?
- Yox!
- Tutmazmı səni ahı, bəs?
Bəhruz nə qədər ki, yanımdadı,
Bilib, görüb, keyfiyyətdən ayrılmadım.
Bütün görüntülər hamısı yadımdadı,
Rap, track, klip - hamısı qanımdadı.
Bu rap oyunu bir Puzzle'dı, Puzzle - mənəm!
Meydən varsa, ora gərək hazır qələm,
Yazır qələm, yazır vərəq.
YOL çox, azım gərək.
Azam hələ... (Wow!)
Gör hələ çoxalanda nə olacaq!
Amma, bir-bir və zamanla.
Daha girmir yalan, anla.
Baha sirrdi, bioqrafiya...

Bioqrafiya:
Yer verdim elmə, evimdə,
Qayıtdım yerimə, yenidən!
Şöhrətə inanmadım, əsla,
Zirvələr parçalandı asta...
Keçmişi arada xatırladım,
Amma ki, düzünü unutmadım.
Düşdü payıma qanlı pasta,
İmza: Azərbaycanlı Баста...
#23


Ən Yeni Fit Musiqilər