Nicat Cəfərzadə - Sənsiz Olmasın 2020 Yeni Mp3 + Video + Lyrics




Musiqi: Azad Zahid
Söz: Qorxmaz Şıxalıoğlu
Aranjiman: Nazim Əhmədov
Yayım: © tm muzik





Ölçü: 4,3 Mb, Yüklənib: 517
Baxış: 3 019
Musiqinin Sözləri
Taleyimə haqdan düşən işiqsan
Ömrümə günümə bir yaraşıqsan
Səsində ətri var baharın yazın
Mənim bircə günüm sənsiz olmasın.

Eşqin göylərində qanad açırsan
Bir bala tərlana dönüb uçursan
Süzdüyün səmanı bulud almasın
Mənim bircə günüm sənsiz olmasın.

Baharda sevinən ağaclar kimi
Laləli nərgizli yamaclar kimi
Üzündə kədərdən bir iz olmasın
Mənim bircə günüm sönsiz olmasın.

Sənsən ürəyimin arzu istəyi
Yer səndən danışır göy səndən deyir
Adınla dinlənir könlümün sazı
Mənim bircə günüm sənsiz olmasın.

Məhəbbətin mənə qol qanad verir
Elə bilki təzə bir həyat verir
Sən bəxt ulduzumsan sən tale yazım
Mənim bircə günüm sənsiz olmasın.


Ən Yeni Fit Musiqilər