Əkbər Əhmədoğlu - Vətən Yolunda 2020 Yeni Mp3 + Klip + Lyrics




Musiqi: Tale Kərimli
Söz: İlham Əhmədoğlu
Aranjiman: Teymur Şahmarov
Mix-Master: Teymur Şahmarov
Rejissor: Anar Əliyev
Montaj: Mehrab Qarayev
Yayım: © tm muzik





Ölçü: 3,82 Mb, Yüklənib: 596
Baxış: 3 176
Musiqinin Sözləri
Yazıb bu tarixə Vətən sözünü
Sənə göz dikənin ovub gözünü
Pozub ləpirini pozub izini
Bu torpaq üzündən silməyə gəldim
Ey Vətən yolunda ölməyə gəldim

Məkanı cənnətdir Vətəni abad
Olsun şəhidimin olsun ruhu şad
Yazıldı qəlblərə Mübariz Polad
Onların haqqını verməyə gəldim
Ey Vətən yolunda ölməyə gəldim

Uğrunda baş əyər hər igid hər ər
Can fəda eyləyər göstərər hünər
Nə Vətən bölünər nə şəhid ölər
Yağı düşmənləri bölməyə gəldim
Ey Vətən yolunda ölməyə gəldim

Tərk eylə bu yurdu ey nadan yağı
Bu yerlər əzəldən Türkün oylağı
Sancıb Xankəndinə üçrəng bayrağı
Şuşanın gözünü silməyə gəldim
Ey Vətən yolunda ölməyə gəldim


Ən Yeni Fit Musiqilər