Seyyid Taleh - Azad olsun Qarabağ (Vətən Nəğməsi) 2020 Yeni Mp3 + Video + Lyrics




Söz : Velayet Aytan
Mus : Seyyid Taleh Boradigahi
Aranjiman : Teymur Şahmarov
Klip : studio TİME
İnstagram: seyyidtalehboradigahi

(tam adı: Asadov Tale Mirhadi oğlu) - Azərbaycanlı ilahiyyatçı - din xadimi; Əhlibeyt (a,s) Məddahı, mərsiyyəxan.
”Azərbaycan İlahi nəğmələr qrupu” -nun rəhbəri.

Asadov Taleh Mirhadi oglu 1988-ci il avqust ayının 2-si, Masallı rayonunun Boradigah qəsəbəsində dünyaya göz açıb. Dindar ailədə böyüyən Tale, uşaqlıqdan dini elmlərə, mərsiyyəyə maraq göstərib. Ailəsi ilə Rusiyada yaşadığına görə təqribən 8-9 yaşında ikən məhərrəm ayında məsciddə mərsiyyə oxuyarmış. Orta məktəbin yarısını Rusiyada, yarısını isə Masallı rayonu Boradigah qəsəbəsində yerləşən Nizami Gəncəvi adına 1 saylı orta məktəbdə oxuyub. Atasından dini təhsil alan Tale 16-yaşında ikən Bakıya köçür və orada İslam universitetinə daxil olur. Gənc yaşlarında artıq tanınmağa başlayır və fəaliyyətini islami toy məclislərində davam etdirir. Ailədə 3 qardaşdırlar. İki qardaşınada ustadlıq edən Tale onları da Əhlibeyt Meddahı yetişdirir. Seyyid Fariq ve Seyyid Peyman Talenin dogma qardaşlarıdır və hər ikisi Əhlibeyt Məddahıdırlar.






Ölçü: 3,71 Mb, Yüklənib: 1724
Baxış: 7 008
Musiqinin Sözləri
Azadlıq yolunda zalim düşmana
Vuran Əsgərimə qurban olaram.
Sinəsini sipər edib vətənçün
Duran Əsgərimə qurban olaram.

Otuz ildir sürər bu işğal hali
Təcəlli eylədi Hakkın cəlali
Zülüm zəncirini Hüseyn misali
Qıran Əsgərimə qurban olaram.

İgid əsgərimə qurban olaram

Azad olsun Qarabağ!
Abad olsun Qarabağ!

Bütün dünya bilir bu savaş niyə
Azadlıq ölkəmə olsun hədiyə
Düşmən səflərini ya Əli deyə
Yaran Əsgərimə qurban olaram.

Zalimlər mazluma verəndə azab
Dünya gördü necə verilir cavab
Bugün Qarabağ'da düşmandan hesab
Soran Əsgərimə qurban olaram.

İgid əsgərimə qurban olaram

Azad olsun Qarabağ!
Abad olsun Qarabağ!


Ən Yeni Fit Musiqilər