Elnur Valeh - Qisas və Şəhid 2020 Yeni Mp3 + Video + Lyrics




Söz-mus: Elnur Valeh
Aranj: Rövşən Muhəmməd
Klarnet: Samir Nadiroğlu
Operator: Kamran Məmmədli
Montaj: Amid Akifoğlu
Lənkəran şəhər Nəcəf Bəy Vəzirov adına Dram Teatrının aktyorlarına, başda Emin Təyyaroğlu olmaqla xüsusi təşəkkürlər!
Sənətçi ilə əlaqə: +994504524722
İnsta: elnurvaleh_official





Ölçü: 4,95 Mb, Yüklənib: 5408
Baxış: 11 222
Musiqinin Sözləri
Mahnı sözləri:
Sən şərəfin tutdun uca Azərbaycanın,
Oldu fədə Azərbaycana şirin canın,
Torpaq öz uğrunda şəhid verdikcə ucalar,
Qarışdı torpaq ilə hər damla axan qanın.
Sən canını qeyrətini qorumaq üçün verdin,
Millət üçün, xalqın üçün, torpaq üçün verdin,
"Vətən sağ olsun" dedin, öldün vətən uğrunda,
Ölmədin əslində şəhid olmaq üçün verdin.
Bizdə nə qorxu, nə təlaş,
Ədalət haqdır bu savaş,
Mən öz vətənimi sevmişəm,
Vətən sağ olsun demişəm.
Anam şəhid anasıdır,
Qəmi Hüseyn əzasıdır,
Bu haqq davası, bu döyüş,
HÜSEYNİN KƏRBƏLASIDIR!
-
Nəqarət:
Sən bu torpağın oğlusan, Şəhid!
Sən bu torpağa bağlısan, Şəhid!
Rununa ruhum eyləyir təzim,
Sən anadan doğulmusan Şəhid!
-
Ağlama qeyrətli ana, sil gözünün yaşını,
Sən Şəhidin anasısan dik tutasan başını!
Elə bir oğul fəda eylədin ki, bu torpağa,
Xalq öz qəlbində ona düzəltdi baş daşını.
Sən Həzrəti Fatimənin dərdinə yan, ağla,
Heç kəsə göstərmə bu göz yaşı nihan ağla,
Oğlu susuz oldu şəhid Həzrəti Fatimənin,
Dərdini qoş Fatimənin dərdinə qan ağla.
Azərilərdir bu diyar,
Gəncə İmamzadəsi var,
Rəhimə, Mirmövsüm Ağa,
Dəfn olunub bu torpağa,
Canı fəda et vətənə,
Vətən oğul desin sənə.
Hüseyn - Hüseyn şüarımız, şəhadət iftixarmız!


Ən Yeni Fit Musiqilər