Asəf Səfixanlı - Soyuq Qış Gecəsi 2021 Yeni Mp3 + Video + Lyrics




Söz: Əfsanə Rəvan
Mus: Asəf Səfixanlı
Aranjeman/Mix Mastering: Kamran Səlimli
Designed: By Djafarly
instagram: @asef_sefixanli
Facebook: Asef
tiktok: asef.sefixanli
teleqram: Asef Sefixanli





Ölçü: 3,28 Mb, Yüklənib: 1144
Baxış: 4 648
Musiqinin Sözləri
Bir soyuq qış gecəsi,
Qar alanda hər yeri.
Qəfil qapı açıla,
Sən girəsən içəri.

Don vurmuş əllərini,
Sıxıb köksümə bərk-bərk.
Sevincimdən ağlayam,
Gecədən, səhərədək.

Sonra sənə danışam,
Sən yoxkən olanları.
Gedişindən yaranan,
Təsəlli yalanları..

Eh ya da ki, nə bilim,
Susub qalam eləcə.
Pozulmaya o sükut,
Bitməyə həmin gecə.

Qollarında məst olub,
Deyəm sənsizləmişəm.
Bir də görəm səhərdi,
Səsləyəsənki məni-
“Oyan çay dəmləmişəm"


Ən Yeni Fit Musiqilər