Gülay Zeynallı - Unutmadım Səni 2021 Yeni Mp3 + Video + Lyrics




Söz:Əli Vəlioğlu
Mus:Faiq Sücəddinov
Aranjeman:Taleh Ağayev





Ölçü: 3,87 Mb, Yüklənib: 1588
Baxış: 4 962
Musiqinin Sözləri
Səni günəş sandım,səni ay sandım
Niyə zülmətlərə qərq etdin məni
Həsrətlə yandım,oduna yandım
Yenə unutmadım gözəlim səni

Qeybə çəkilənim,görsən gözümə
Qəlbim təzələnsin ruh təzələnsin
Əzəlki sevgini qaytar özümə
Ömrümə yenidən sevgi ələnsin

Sənsiz bu dünyanın qəribi mənəm
Dünyamda gözümdə yazıq görünür
Yuxum ərşə çıxıb kədərəm,qəməm
Ümidim kölgən tək sənlə sürünür


Ən Yeni Fit Musiqilər