Aydın Sani - Bəhri Həzəc 2021 Yeni Mp3 + Video + Lyrics




Qəzəl: Məhəmməd Füzuli
Musiqi: Aydın Sani
Aranjiman: Gülyar Orucov
Back Vokal: Ülvi Əliyev
Video Cover: Malik Babaeff
@Sadiq Dadashov





Ölçü: 2,48 Mb, Yüklənib: 1180
Baxış: 2 811
Musiqinin Sözləri
Şəfayi-vəsl qədrin hicr ilə bimar olandan sor,
Zülali-zövq şövqün təşneyi-didar olandan sor.

Ləbin sirrin gəlib göftarə, məndən özgədən sorma,
Bu pünhan nüktəni bir vaqifi-əsrar olandan sor.

Gözü yaşlıların halın nə bilsin mərdümi-qafil,
Kəvakib seyrini şəb ta səhər bidar olandan sor.

Xəbərsiz olma fəttan gözlərin cövrün çəkənlərdən,
Xəbərsiz məstlər bidadını hüşyar olandan sor.

Qəmindən şəm’ tək yandım, səbadən sorma əhvalım,
Bu əhvalı şəbi-hicran mənimlə yar olandan sor.

Xərabi-cami-eşqəm, nərgisi-məstin bilir halım,
Xərabat əhlinin halini bir xummar olandan sor.

Məhəbbət ləzzətindən bixəbərdir zahidi-qafil,
Füzuli, eşq zövqün, zövqi-eşqi var olandan sor.


Ən Yeni Fit Musiqilər