İfrat - Hər Sabah 2021 Yeni Mp3 + Video + Lyrics




Söz, mus: İfrat Dünyamalıyev
Aranjiman: Nazim Memmedli
Əsərin adı: Sonda





Ölçü: 5,75 Mb, Yüklənib: 2048
Baxış: 4 094
Musiqinin Sözləri
Mahnı Sözləri:

(Bənd)
Sevgi savabtək görünən bir günah
O günaha dostum niyə saldın tamah
Gedərdin görüşünə onun hər sabah
Saatlarca durardı balkonda.


(Nəqarət)
Sonda, nə tapdın onda, nə tapdın onda,
Nə tapdın onda?

(Bənd)
Gizli zəng eliyirsən hər səhər ona
İndi olubdur həyatı zəhər ona
Sən yanında olanda bir nəfər ona
Gözücu da baxmazdı mikrayonda.

(Nəqarət)
Sonda, nə tapdın onda, nə tapdın onda,
Nə tapdın onda?

(Bənd)
Hər dəfə ayrı-ayrı mövzularla
Xəyalların bəzəndi duyğularla
Ürəyin bayram etdi arzularla
Sən qara kostyum, o ağ donda..

(Nəqarət)
Sonda, nə tapdın onda, nə tapdın onda,
Nə tapdın onda?

(Bənd)
Xəbər tutan kimi onun nişanından
Dedin ki son dəfə keçim yanından
Göz görə-görə can qopurdu canından
Çalındıqca vağzalı qarmonda..

(Nəqarət)
Sonda, nə tapdın onda, nə tapdın onda,
Nə tapdın onda?

(Bənd)
Çırpma divarlara gəlməsin əllərin
Saatdan acığını çıxma illərin
Ailə də qurdun ancaq şəkillərin
Saxladın illər boyu telefonda.

(Nəqarət)
Sonda, nə tapdın onda, nə tapdın onda,
Nə tapdın onda?

(Bənd)
Ona həyatım dedin yalanına uydun
Ona görə bir nəfərin həyatına qıydın.
Amma elə davrandı, sanki yoxuydun
Qaldın axırda tək başına zonda.

(Nəqarət)
Sonda, nə tapdın onda, nə tapdın onda.


Ən Yeni Fit Musiqilər