Ifrat - Söhbəti Dəyişəydin 2021 Yeni Mp3 + Video + Lyrics




Söz: Mikayıl Müşfiq.
Mus: İfrat Dünyamalıyev
Əsərin adı: "Yenə o bağ olaydı"
Aranjiman: Nail Yusifov
Bekvokal: Həyat Həsənzadə
Zərbdə: Hüseyn Ağamalıyev
Qarmonda: Fərid Bənnayev
Gitarada: Şahin Sadıqov
Rejissor: Rəşad Həsənov
Aktyor: Nigar İbrahimova
Qrim: Aybəniz Hüseynova
Stilist: Sərvər Dünyamalıyev
Prodüsser: Əli Mürşüdov
P.S: Dahi Azərbaycan şayiri Mikayıl Müşfiqin əziz xatirəsinə.. Dərin hörmət və sevgi ilə anırıq!
IG: ifrat_official





Ölçü: 3,42 Mb, Yüklənib: 1248
Baxış: 1 919
Musiqinin Sözləri
Sözləri:

(Bənd)
Yenə o bağ olaydı, yenə yığışaraq siz
O bağa köçəydiniz.
Biz də muradımızca fələkdən kam alaydıq,
Sizə qonşu olaydıq.
Yenə o bağ olaydı, səni tez-tez görəydim,
Qələmə söz verəydim.
Hər gün bir yeni nəğmə, hər gün bir yeni ilham,
Yazaydım səhər axşam.

(Nəqarət)
Arzuya bax sevgilim, tellərindən incəmi?
Söylə, ürəyincəmi?!
Söylə, ürəyincəmi?!

(Bənd)
Yenə o bağ olaydı, yenə sizə gələydik,
Danışaydıq, güləydik.
Ürkək baxışlarınla ruhumu dindirəydin,
Məni sevindirəydin.
Çəkinərək çox zaman söhbəti dəyişəydin,
Mənimlə əyişəydin.
Yenə bir vuraydı, qəlbimiz gizli-gizli,
Sən, ey əsmər bənizli.

(Nəqarət)
Arzuya bax sevgilim, tellərindən incəmi?
Söylə, ürəyincəmi?!
Söylə, ürəyincəmi?!


Ən Yeni Fit Musiqilər