Vüqar Biləcəri və Əflatun Pirizadə - Qərib Xəyal 2021 Yeni Mp3 + Video + Lyrics




Söz: Vüqar Biləcəri
Musiqi: Abdulla İsgəndərli
Aranjiman: Faiq Masallı





Ölçü: 4,46 Mb, Yüklənib: 2488
Baxış: 9 266
Musiqinin Sözləri
Apardı bir qərib xəyal
Yaman məni uzaqlara.
Yadımda ən şirin qalan
O günlərə, o çağlara.

Mən olmasam da, sənlədir
Xəyalım hər qədəm başı.
Məzarım üstə gəlmədin,
Darıxdı sinəmin daşı.
Sənə əmanət eylədim
Gözümdən hər düşən yaşı.
Nəvaziş ilə davran, o
Yetim qalan uşaqlara.

Qəmin yanımda saxlaram
Bir ömür yadigar ola.
O səndən etibarlıdır,
Çətin bietibar ola.
Sənə heyifdi göz yaşım,
Əlimdə ixtiyar ola.
Sıxıb gözümdə saxlaram,
Dağıtmaram yanaqlara.

Əsiri-dami-dərd olun,
Vəfa yolunda mərd olun.
Vüsala can atanların
Bəla kəsər sağın, solun.
İlahi ayrı salmasın
Sevənlərin ömür yolun.
Oturmasın kədər tozu
Gülüş qonan dodaqlara.

———

Güli-behiştə naz edər
Saçından aldığım ətir.
Oxunmamış kitab kimi
Maraqlısan sətir-sətir.
Gülümsə, ruhumun gülü,
Gülüşlərinlə yaz gətir.
Gülüşlərin çiçəkləsin
Bahar gələndə bağlara.

Tutar vəfalı yar olan
Əlin vəfalı aşiqin.
Əyilməyən vüqarı var
Düz iddialı aşiqin.
Bu eşq həmin o eşqidir
İki bəlalı aşiqin.
Birin qaçırtdı çöllərə,
Birin çıxartdı dağlara.


Ən Yeni Fit Musiqilər