İfrat və Asim Əliyev - Bizi itirənlər ölsün 2022 Yeni Mp3 + Video + Lyrics




İfaçılar: İfrat & Asim Əliyev
Söz, Mus: İfrat Dünyamalıyev
İfanın adı: “Bizi itirənlər ölsün”
Aranjiman: Loğman Yusub
Guitar: Rövşən Mürsəlov
Akardion: Kənan Xan
Clip by: Rəşad Həsənov





Ölçü: 2,9 Mb, Yüklənib: 6490
Baxış: 11 262
Musiqinin Sözləri
Mahnı sözləri:

(Bənd)
Danışmayıb dərdimizi, hər gecə,
Öz içimizdə çəkmişik gizlicə,
Neyləmişik ki, sevmişik sadəcə,
Onu bitirənlər ölsün, ölsün, ölsün.

(Nəqarət)
Bizi itirənlər ölsün, ölsün, ölsün. | 2

(Bənd)
Tutmağa qıymadıqca əllərindən,
Asdılar bizi qara tellərindən,
Ömrümüzün ən gözəl illərindən,
Pay götürənlər ölsün, ölsün, ölsün.

(Nəqarət)
Bizi itirənlər ölsün, ölsün, ölsün. | 2

(Bənd)
Gözümüzə girənlər bəs nə üzdən,
Azıb yolu çıxdılar sözümüzdən.
Göz yaşımıza dəyməyib gözümüzdən,
Yaş gətirənlər ölsün, ölsün, ölsün.

(Nəqarət)
Bizi itirənlər ölsün, ölsün, ölsün. | 2

(Bənd)
Çox dostlar bilmədi qiymətimizi,
Şübhələriylə pozdu niyyətimizi,
Bizim saflığımızı, səmimiyyətimizi,
Sona yetirənlər ölsün, ölsün, ölsün.

(Nəqarət)
Bizi itirənlər ölsün, ölsün, ölsün. | 2


Ən Yeni Fit Musiqilər