Asif Məhərrəmov - Damla Damla 2022 Yeni Mp3 + Video + Lyrics




Söz: Ziya Orucov
Musiqi: Asif Məhərrəmov
Aranjiman : Məmmədov Rövşən
Menecerle elaqe uchun: +994 50 854 59 59; +994 70 552 59 59
WediaCorp Azərbaycan





Ölçü: 3,63 Mb, Yüklənib: 5164
Baxış: 8 775
Musiqinin Sözləri
1ci hissə

Düşünürdümki məhəbbət çiçəyim solmaz.
Bu ürək özgənin olmaz bilirəm olmaz.
Gedişinlə elə boş qaldı ki sultanım.
Kimi qoysam ora heç vaxtı yerin dolmaz.

Yenə qəlbim yanır axırda olur köz-köz.
Deyə bilsəm sənə kaş dərdlərimi söz-söz.
Gözümün nuru qayıt gəl ola dərmanım.
Nə qədər xəstəyə loğmanı deyər döz-döz.

Nəqarət

Damla-damla ömürdən gün əksilir sən hardasan?
Mən can üstə,son nəfəsdə kim bilir sən hardasan.
Ayrılıq yaxındır,olmasan da ayrı ölkədə
Sonra birdə qarşılaşmadıq səninlə bəlkə də...

2-ci hissə

Könül istərki zamanında vüsal yetsin.
Belə tənhalığı tənhalığa qərq etsin.
Bir ömürdür mənə sənsiz keçən hər anım.
Geri dön gəl ki bu həsrət yox olub getsin.

Gəl özün gör necə dərdlər calanıb dərdə
Gəl ötən günlərə sənlə qayıdaq bir də
Daha ayrılmayaq heç vaxtı gözüm,canım
Görüşək xatirələrimiz görüşən yerdə

Nəqarət

Damla-damla ömürdən gün əksilir sən hardasan?
Mən can üstə,son nəfəsdə kim bilir sən hardasan.
Ayrılıq yaxındır, olmasan da ayrı ölkədə
Sonra birdə qarşılaşmadıq səninlə bəlkə də...


Ən Yeni Fit Musiqilər