İfrat və Şəbnəm Qəhrəmanova - Ara verək 2022 Yeni Mp3 + Video + Lyrics




İfrat və Şəbnəm Qəhrəmanova - Ara verək
İfaçılar: İfrat & Şəbnəm Qəhrəmanova
Söz, Mus: İfrat Dünyamalıyev
İfanın adı: "Ara verək"
Aranjiman: İsmayıl Skripka
Klip by: Rəşad Həsənov





Ölçü: 3,13 Mb, Yüklənib: 14280
Baxış: 24 181
Musiqinin Sözləri
Mahnı sözləri:

(Bənd)
Bir sevda ki bizi dəlilərə döndərir,
Hər günü üzüntülərdir.
Görənlər bizə bəxtəvər deyib göstərir,
Yalançı görüntülərdir.

(Bənd)
Nə sən dözürsən mənim bu qısqanmağıma,
Nə mən sənin şübhələrinə.
Biz xoşbəxtliyimizin qədrin bilmirik,
Hədiyyə edək özgələrinə.

Ara verək daha ara verək,
Axırımız necə olur görək.
Bir neçə müddət, ara verək,
Bizə görək, nələr edir fələk.

(Nəqarət)
Gəl bir az ara verək, aralana-aralana,
Axı nə qədər olar, yaralana-yaralana.
Gəl bir az ara verək, aralana-aralana,
Keçməsin ağ ömür, qaralana-qaralana.

Gəl bir az ara verək, aralana-aralana,
Axı nə qədər olar, yaralana-yaralana.
Gəl bir az ara verək, aralana-aralana,
Dəli elədin məni havalana-havalana.

(Bənd)
Nə səni qürurun qoyur ki deyəsən bağışla,
Nə mən deyirəm əhv etdim.
Çox zülüm etdim, üstünə gəlməklərlə,
Gülüşünü belə məhv etdim.

(Bənd)
Son duam budur mənsiz də üzün gülsün,
Allahım üzünə baxsın.
Mən bir daha çıxmasam da sənin önünə,
Məndən yaxşısı çıxsın.

Qoy əssin, küsgün kükək,
Ayrılaq bir az ara verək.
Yoxlayaq necə olur görək,
Ara verək bir az ara verək.

(Nəqarət)
Gəl bir az ara verək, aralana-aralana,
Axı nə qədər olar, yaralana-yaralana.
Gəl bir az ara verək, aralana-aralana,
Keçməsin ağ ömür, qaralana-qaralana.

Gəl bir az ara verək, aralana-aralana,
Axı nə qədər olar, yaralana-yaralana.
Gəl bir az ara verək, aralana-aralana,
Dəli elədin məni havalana-havalana.


Ən Yeni Fit Musiqilər