Nurlan Ordubadlı - Sev 2022 Yeni Mp3 + Video + Lyrics




Nurlan Ordubadlı - Sev
Söz: İbrahim Xudayi
Mus: Nurlan Ordubadlı
Aranjiman: Zeyneddin Seda
Akardion: Kenan
PR Menecer: Nadir Kərimov
İnformasiya: @ayna_music | @luna_music
NK Media





Ölçü: 3,77 Mb, Yüklənib: 2677
Baxış: 5 114
Musiqinin Sözləri
Hər kim düşür eşqə dəli-divanədi sərxoşdur
Ölçüynən ağılnan yaşanan duyğu da bom-boşdur
Yarın nə qədər ayrı düşərsə o qədər xoşdur
Məcnun kimi səhradə başın fırlananeycan sev

Eşq var isə düşsən qəfəsə,zindana,bəxşişdir.
Dərd qüssə-kədər çünki sevən insana bəxşişdir
Həsrət çək,əziyyətləri nuş et cana ,bəxşişdir
Hicran seli altında tamam islananeycan sev

Dünya yaranandan sevənin qəlb evi alqandır
Çöl düşmanı əğyar(ı)dır iç düşmanı canandır
Sevgin sənə yoldaş,sənə xəncər,sənə qalxandır
Qalib gələcəksən bu savaşda sonuneycan sev

Qəlbində açılsın elə sev sevgi gülüstani
Eşqin günəş olsun gəzib hər gün qara dünyanı,
Sevsin işığıyla təpədən dırnağa hər yanı
Yarpaqdan,ağacdan səni yar qısqananeycan sev

Sev qəlbinə sevda odu düşsün yananeycan sev
Yandıqca fərəhlən vücudun odlananeycan sev


Ən Yeni Fit Musiqilər